Ana içeriğe atla

Kayıtlar

Nisan, 2017 tarihine ait yayınlar gösteriliyor

Suriyada raketlərlə xatırlanan gerçəklər

Hazırda hamı, Suriyada baş verənləri – daha doğrusu ortada olan vahim mənzərənin izahını verməyə çalışmaqdadırlar. Konspirologiya tərəfdarlarından tutmuş, “3-cü dünya müharibəsi” kəhanətinin səbrsiz tərəfdarlarına qədər hər kəs, Suriyada baş verənlərin təhlili ilə məşğul olmaqdadırlar. Bu deyilənlərə münasibət bildirmək olardı. Fəqət, bunu etmədən, baş verənlərlə bağlı öz fikirlərimizi bölüşməyi daha məqsədəuyğun hesab etdik. İlk növbədə isə, əsasən bu sualara cavab tapmağa çalışacağıq: 1. “Fərat qalxanı”nın bitməsi ilə, ABŞ raketləri arasında əlaqə varmı? 2. Hamının belə həyəcanla danışdığı və gözlədiyi 3-cü Dünya və ya ABŞ-Rusiya müharibəsi olacaqmı? 3. Raketlərin əsas hədəfləri nə idi və bu hədəflərə çatdılarmı? 
Xoşgəldin, Şəhidim!  Torpaq müqəddəsdir, deyərlər... Onu müqəddəs edən sənin qanındır, Şəhidim. Sən canından can verdin Vətənə, Vətən oldun. Vətənsizlər nə bilər,sənin dəyərini.  Biz “Vətən”,- dedik, sən onun uğruna əlində silah düşmənə sinəni sipər etdin. Biz “Bayraq”,- dedik, sən onun qürurla dalğalanması üçün canını fəda etdin. Və zirvəyə qalxdın... Düşünmədin arxanda ağlar qoyduğun ananı... İstinə həsrət qalan, qoxunu özləyən yarını... Bəlkə də üzünü belə görmədiyin ana bətnində əmanət körpəni...