Ana içeriğe atla
Xoşgəldin, Şəhidim! 

Torpaq müqəddəsdir, deyərlər... Onu müqəddəs edən sənin qanındır, Şəhidim. Sən canından can verdin Vətənə, Vətən oldun. Vətənsizlər nə bilər,sənin dəyərini. 

Biz “Vətən”,- dedik, sən onun uğruna əlində silah düşmənə sinəni sipər etdin. Biz “Bayraq”,- dedik, sən onun qürurla dalğalanması üçün canını fəda etdin. Və zirvəyə qalxdın...

Düşünmədin arxanda ağlar qoyduğun ananı... İstinə həsrət qalan, qoxunu özləyən yarını... Bəlkə də üzünü belə görmədiyin ana bətnində əmanət körpəni...


Sevdiyin torpağa qarışdığında cansız bədənin, cənnət qoxar ətraf. O qoxunu ciyərlərinə çəkən yarının üsyan edən ruhuna bir məlhəm olar, bəlkə... 

Sən ölümün üstünə dimdik yürüdün, ölüm isə sənin üçün yeni bir başlanğıc oldu. Şəhadət şərbətini içərək, Peyğəmbər qatına ruhun yüksələrkən ölümlərdən ən ucasını, şərəflisini daddın. 

Utanıram, Şəhidim. Hələ də sənin uğruna canını verdiyin bu torpaqların düşmən tapdağında olmasından utanıram. 

Anan gizlin-gizlin şəklini qucaqlayıb ağlayarkən, atan kimsə görməsin deyə, bir kənara çəkilib nəm gözlərini ovuclarının içinə sıxarkən, yarın hər gecə yatdığında birlikdə baş qoyduğunuz yastığı göz yaşları ilə isladıb, ondan sənin qoxunu alarkən, övladın göylərə baxıb buludlar içində simandan bir nişanə ararkən..., kefdə-damaqda olan zatıqırıqlara görə utanıram...

Sənin bizə əmanət etdiyin əzizlərinin gözlərinin içinə baxmaqdan utanıram... 

Yox, sanma ki, unudur, unutdururuq. Sadəcə, unudanlara göz yummaqdan utanıram. Sən Vətən üçün, bizim üçün Şəhid olarkən, Səni görməzdən gələnlərdən utanıram...

Qalx Şəhidim, qalx. Qalx və bayraq ol, parçalanmış, bağrı al qan yurdumun dörd bir tərəfində azad dalğalan. Səninlə qürur duyur, bu cənnət vatan...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Hantinqton

Hantinqtonun təhlükəli nəzəriyyəsi  Samuel Hantinqtonun hay-küylü «mədəniyyətlərarsı münaqişələr» nəzəriyyəsi təhmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara – hətta iki amerikalı politoloqun dili ilə desək «nəzəriyyələrin toqquşmasına» səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...