Türkiyənin Somalidə hərbi baza açacağı ilə bağlı yayılan xəbər ilk növbədə özü ilə bir sıra suallar da doğurdu. Bilindiyi kimi, qardaş ölkədə ən yüksək səviyyələrdə dəfələrlə “Afrika açılımı”nda maraqlı olduqları dilə gətirilmişdi. Lakin Türkiyənin nəzərlərini niyə dayaq nöqtə olaraq məhz Somaliyə tərəf çevirməsinin səbəbləri maraq doğurmaqdadır. İlk öncə onu vurğulamaq gərəkir ki, Somali Türkiyənin 2011-ci ildən etibarən Afrika açılışında önəmli nöqtədir. Hərbi baza Somali ilə bağlanmış “Müdafiə Sənayesi İşbirliyi razılaşması” çərçivəsində açılır və bu bazanın 2015-ci ilin mart ayından başlanan inşası üçün 50 milyon dollardan artıq pul xərcləndi. Ümuiyyətlə son beş ildə Somaliyə edilən yardımların həcmi 370 milyon civarındadır. Razılaşmaya əsasən, 200-ə qədər türk əsgərinin 10 minlik bir ordu hazırlaması planlaşdırılır.