Ana içeriğe atla

Afrikada türk-ərəb rəqabəti

Türkiyənin Somalidə hərbi baza açacağı ilə bağlı yayılan xəbər ilk növbədə özü ilə bir sıra suallar da doğurdu. Bilindiyi kimi, qardaş ölkədə ən yüksək səviyyələrdə dəfələrlə “Afrika açılımı”nda maraqlı olduqları dilə gətirilmişdi. Lakin Türkiyənin nəzərlərini niyə dayaq nöqtə olaraq məhz Somaliyə tərəf çevirməsinin səbəbləri maraq doğurmaqdadır. 

İlk öncə onu vurğulamaq gərəkir ki, Somali Türkiyənin 2011-ci ildən etibarən Afrika açılışında önəmli nöqtədir. Hərbi baza Somali ilə bağlanmış “Müdafiə Sənayesi İşbirliyi razılaşması” çərçivəsində açılır və bu bazanın 2015-ci ilin mart ayından başlanan inşası üçün 50 milyon dollardan artıq pul xərcləndi. Ümuiyyətlə son beş ildə Somaliyə edilən yardımların həcmi 370 milyon civarındadır. Razılaşmaya əsasən, 200-ə qədər türk əsgərinin 10 minlik bir ordu hazırlaması planlaşdırılır.

Əslində Türkiyənin Somalidə nə maraqları olduğu ilə bağlı müzakirələr çox açılır. Amma şübhəsiz ki, hərbi bazanın inşası və açılışı qardaş ölkənin strateji maraqlarından irəli gələn hədəflərlə bağlıdır. İlk növbədə onu vurğulamaq lazımdır ki, Somali Qırmızı dənizdən Ədən Körfəzinə açılan nöqtədə yerləşən bir ölkədir. Bu ölkə uzun sahillərə malik olmaqla yanaşı, Afrikanın ən inkişaf etmiş ölkələrindən olan Keniya və Efiopiyaya gedən yollara da nəzarət edir. Yəni ilk səbəb şübhəsiz ki, Somalinin strateji əhəmiyyətə malik coğrafi mövqeyi ilə bağlıdır. 

İkinci səbəb əlbəttə ki, iqtisadi maraqlardır. Türkiyə Somalidə özü çün münbit olan iqtisadi platforma yaratmaqdadır və bu türk şirkətlərinin maraqları çərçivəsində həyata keçirilir. Türkiyə şirkətlərinin limanların idarə edilməsində başlıca rol aldırları, əslində çox şeydən xəbər verir. Şübhəsiz ki, belə bir iqtisadi yüksəliş və strateji planlamaların təhlükəsizliyinin təmin edilməsi vacib şərtdir və hərbi baza bu səbəbdən kilid nöqtədir. 

Üçüncü səbəb terrorla mübarizə aparan bir ölkə olaraq Türkiyənin Somali ordusunu gücləndirməkdə maraqlı olması ilə əlaqədardır. Somali bununla da öz hərbi potensialı ilə bölgədə Türkiyənin təbii müttəfiqi halına gəlir. Unutmaq olmaz ki, bu gün Somali təkcə dəniz quldurları üçün doğma vətən deyil, eyni zamanda “əş- Şabab” kimi ciddi terror təşkilatının da sığındığı yerdir və bu təşkilat “əl-Qaidə”yə bağlı olmaqla yanaşı yanaşı, Yaxın Şərqdə də gələcəkdə ciddi problemlər yaşada biləcək poensiala malikdir. Somali ordusunun müasir tələblərə cavab verəcək şəkildə hazırlanması isə bu problemin qarşısını ala bilər. Xatırlayırsınızsa, 2013-cü ildə “əş-Şəbab” Türkiyənin paytaxt Moqadişidəki səfirliyinə hücum etmişdi və nəticədə bir türk polisi şəhid olmuşdu. 

Dördüncü səbəb kimi isə Türk hərbi sənayesinin Qətər və Somali vasitəsi ilə aktiv olaraq Afrika və Yaxın Şərq bazarına çıxış əldə etməsini göstərmək olar. Türkiyə istehsal etdiyi kiçik və orta ölçülü silahlar üçün yeni bazar axtarışındadır. 

Türkiyənin Somali açılımındakı strateji maraqları fonunda başqa bir diqqətçəkən məqam isə, ərəb dünyasında son zamanlarda kifayət qədər ciddi mövqelər əldə etmiş Buirləşmiş Ərəb Əmiriklərinin eyni ddımı atmağa hazırlaşmasıdır. Keçən aylarda Qətərdə maraqları toqquşan bu iki ölkəni, Afrikanın Somalisində də üz-üzə qoyacaq səbəblər hansılardır?

Türkiyədən fərqli olaraq, Ərəb Əmirlikləri bazanın açılması ilə bağlı qərarı bu ilin fevral ayında qəbul etdilər. Təbii ki, son illərdə Yaxın Şərqdə baş verən proseslər fonunda ərəb ölkələri ilə müqayisədə İran ə Türkiyənin öz mövqelərini daha da gücləndirməsi, ərəbləri öz nəzərlərin strateji nöqtələrə çevirməyə məcbur etməkdədir. İranla yaşanan Yəmən böhranı, ardınca da ərəblərin öz içində yaşadıqları Qətər qarşıdurması, əslində çevik strateji xəttə yürütməyin vacibliyini ortaya qoyan başlıca məqamlar da sayıla bilər. Birləşmiş Ərəb Əmirlikləri ərəb ölkələri içində daha çox “boz kardinal” funksiyasını yerinə yetirməyə iddia edən bir ölkədir və Səudiyyə-Qətər böhranında diqqətli analitiklər bunun şahidi oldular. Məhz bu səbəbdən Qətərdə İranın və eləcə də Türkiyənin qarşısını kəsmək üçün hərəkətə keçən əmirliklərin, strateji əhəmiyyətə malik Somalidə də Türkiyənin qabağını almağa çalışması, adekvat reaksiya, cavab tədbirləri kimi qiymətləndirilməlidir. Ərəb Əmirikləri Türkiyənin Bəsrə körfəzində möhkəmlənməsini arzu etmir və Qətər böhranında ciddi tutum sərgiləməsi, həm də bu amil ilə bağlı idi. Yəmən qarşıdurmasında mövqelərini gücəndirmək məqsədi ilə Bab-əl Məndab boğazında möhkəmlənməyi planlaşdıran əmirliklər, hazırda Eritriyada, Yəməndə hərbi bazalara sahibdir. 

Yəni əslində biz, strateji əhəmiyyətə malik Somali uğrunda iki İslam və Yaxın Şərq ölkəsinin maraqlar uğrunda mübarizəsinin şahidi ola bilərik. Ümumiyyətlə yaxın zamanlarda artıq Yaxın Şərqin öz oyunçuları, bölgədə maraqlarının müdafiəsi uğrunda ciddi mübarizəyə başlayacaqlar. Bu mübarizədə tarix boyu İslam sivilizasiyası içində ənənəvi ərəb-türk-əcəm rəqabəti isə, yaxın on illər üçün Yaxın Şərqin liderini bəlirləmiş olacaq...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...