Ana içeriğe atla

Kayıtlar

AKP-də Davudoğlu dönəmi bitdi

Prezident Ərdoğan ilə baş nazir Davudoğlu arasında ciddi fikir ayrılıqlarının olduğu ilə bağlı söhbətlərin ardından “Pelikan dosyası” adı ilə gündəmə gələn və narazılıqları açıq şəkildə olrtaya qoyan yazı Türkiyənin gündəminə hakim oldu. Ərdoğanın “Rəis”, Davudoğlunun “Hoca” olaraq adlandırıldığı dosyedə, ilk dəfə baş nazir və tərəfdarları – “hocaçılar” açıq şəkildə hədəfə alınırdı. Elə həmin günün axşam saatlarında isə Davudoğlu tərəfdarları olaraq bilinən “Hocaçılar”dan əks-həmlə gəldi. Sosial medya hesabından edilən paylaşımlarda, aralarında bələdiyyə başqanlarının da olduğu AKP-dən bir sıra adların “kirli əlaqələrindən” söz edilirdi. Paylaşımda bildirilirdi ki, “hədəf partiya içinə rəisçi kimi sızmış bütün sapık və xainləri tez bir zamanda təmizləməkdir”. Bu yazıların yayımından 4 gün sonra gündəm artıq baş nazirin istefası ilə bağlıydı... 

Qarabağda aprel əməliyyatları 11 məqamda

Aprelin ilk iki günü Qarabağdakı hərbi əməliyyatlar heç şübhəsiz ki, son dərəcə ciddi nəticələri və məqamları ilə yadda qaldı. Və bu məqamlar heç də tək əldə etdiyimiz hərbi üstünlük və qazanmış olduğumuz qələbə ilə bağlı deyil. Ümumiyyətlə aprel əməliyyatları bizə nə verdi və təsiri nə oldu? 1. Hərbi nöqteyi nəzərdən ermənilərin ilk- birinci müdafiə xəttinin yarılması son dərəcə ciddi psixoloji məqam idi. 1994-cü ildən sonra ilk dəfə idi ki, müdafiə xətti yarılırdı və bu bizim qələbəmizlə nəticələndi. Hərbi nöüteyi nəzərdən düşmən qarşısında bu cür psixoloji üstünlük, heç şübhəsiz ki, orduda yüksək əhval-ruhiyyəyə səbəb olur ki, bu da ciddi faktordur. Cəbhənin ön xəttinin yarılmasının mümkünsüzlüyü haqqında illərdən bəri Ermənistanın yaratmış olduğu psixoloji mifİ Azərbaycan ordusu darmadığın elədi.

Brüssel terroru: səbəblər, nəticələr

Brüsseldə baş verən terror, əslində günümüzdə necə qlobal bəla ilə üz-üzə qaldığımızın və bu təhlükədən dünyanın heç bir yerində sığortalanmanın mümkünsüz olduğunun göstəricisi idi. Keçən ilə damğasını vurmuş Paris terroru kimi Brüsseldə baş verənlər də əslində kifayət qədər ciddi və eyni zamanda düzgün şərhini gözləyən mesajlarla zəngin oldu. Brüssel saldırısına ilk növbədə 3 suala cavab verməklə nəzər yetirməyə çalışacağıq:  1) Niyə Brüssel?; 2) Terror aksiyasının verdiyi mesajlar nədir?; 3) Bu hücumun Avropaya təsiri nə olacaq?

Ankara terroruna sözardı

Türkiyədə istər fevral, istərsə də bu günlərdə baş verən terror aksiyasının başlıca hədəfi Türk milləti və Türkiyə dövlətidir. Baş verən terror aksiyasını Türkiyə dövlətinin son günlərdə apardığı antiterror əməliyyatlarına və eləcə də Yaxın Şərq siyasətinə adekvat reaksiya, cavab olaraq qiymətləndirə bilərik. Ard-arda Ankaranın hədəf seçilməsinin özü Türkiyəni bir dövlət olaraq təhdid etmək mesajıdır ki, bu da təbii ki, rəsmi Ankaranı müəyyən güzəştlərə və yumuşalmalara məcbur etmək xarakteri daşıyır. Bu terror aksiyasının təşkilində yalnız adı çəkilən etnik separatçı və sol-kommunist terror qruplarının deyil, eləcə də regionda maraqları olan və Türkiyə ilə hədəfləri üst-üstə düşməyən dövlətlərin marağı olduğunu söyləyə bilərik. 

Suriyada atəşkəs razılaşması: imitasiya fonunda acı reallıqlar

Hazırda Suriyada tərəflərin atəşkəs barədə razılığa gəlməsi ilə bağlı intensiv danışıqların, hətta bu danışıqlardan əldə edilən razılaşmaların fonunda Suriyada baş verənlər, eləcə də Türkiyə-Rusiya arasında olan gərginliyin artan xətt üzrə inkişaf etməsi, münaqişənin miqyasının genişlənəcəyi narahatlığını yaradır. Hər iki ölkə bölgədə aktiv siyasi xətt yürütməsi və maraqların toqquşması, qarşıdurmanın sərhədlərinin genişlənəcəyi təsəvvürünü formalaşdırmaqdadır. Türkiyənin baş naziri Əhməd Davudoğlunun ukraynalı həmkarı Arseniy Yatsenyukla keçirdiyi mətbuat konfransında Rusiyanı ittiham etməsi və post-sovet məkanında bu gün üçün aktuallıq kəsb edən münaqişələrdə şimal ölkəsini səbəbkar olaraq göstərməsi, artıq proseslərin Yaxın Şərqlə və ya Suriya ilə məhdudlaşmayacağı qənaətini yaradır.

Bizə "Valentin" lazımdır?

Bir sıra bayramlar var ki, onların tarixi və mənşəyini bildikdən sonra, qeyd edib-etməmək kimi bir sualı özünə verməli olursan. Dərinə getdikcə, araşdırdıqca görürsən ki, bu bayramın qeyd edilməyi nəinki düzgün deyil, hətta insanların öz tarixi keçmişi və milli kimliyinə də yaddır. Lakin yenə də, sanki bəhs edirmişsən kimi, qeyd etməyə davam edirsən, özünü sivil dünyanın müasir fərdi kimi göstərmək üçün. Amma anlamırsan ki, bu dünyanı vahid bir maket halına salmağı düşünənlərin bizə sırımaqda olduğu bu «bayramlar» əslində öz dərinliyində hansı gizlinləri saxlayır. Belə bayramlardan biri də gənclərimizin böyük sevinc hissi ilə son on illikdə qeyd etdiyi sevgililər günüdü.

Edam səhpasına çıxarılan Yaxın Şərq

Səudiyyəli şiə Ayətullah Nimr əl-Nimrin edamı ilə pik həddə çatan İran-Səudiyyə Ərəbistanı gərginliyi 2016-cı ilin Yaxın Şərqində nələr olacağını xəbər verən ilk işartı hesab oluna bilər. Yaxın Şərqin əyninə yenə də son dərəcə təhlükəli və eyni zamanda miqyası olduqca geniş olan qanlı məzhəbsəl qarşıdurma köynəyini geyindirməkdədirlər. Diqqət edin: Edam həyata keçirilən kimi İranın ərəb baharından sonra ətrafında formalaşdırmağa müvəffəq olduğu “şiə hilalı” hərəkətə keçdi: İraqda Müktəda əs-Sədr bütün şiələri etirazlara səslədi, Bəhreyndə kütləvi şiə etirazları başladı, Livan "Hizbullah"ı baş verənlərə sərt reaksiya bildirdi, Yəməndə husilərlə qarşıdurma yenidən start götürdü...