Ana içeriğe atla

Qarabağda aprel əməliyyatları 11 məqamda

Aprelin ilk iki günü Qarabağdakı hərbi əməliyyatlar heç şübhəsiz ki, son dərəcə ciddi nəticələri və məqamları ilə yadda qaldı. Və bu məqamlar heç də tək əldə etdiyimiz hərbi üstünlük və qazanmış olduğumuz qələbə ilə bağlı deyil. Ümumiyyətlə aprel əməliyyatları bizə nə verdi və təsiri nə oldu?

1. Hərbi nöqteyi nəzərdən ermənilərin ilk- birinci müdafiə xəttinin yarılması son dərəcə ciddi psixoloji məqam idi. 1994-cü ildən sonra ilk dəfə idi ki, müdafiə xətti yarılırdı və bu bizim qələbəmizlə nəticələndi. Hərbi nöüteyi nəzərdən düşmən qarşısında bu cür psixoloji üstünlük, heç şübhəsiz ki, orduda yüksək əhval-ruhiyyəyə səbəb olur ki, bu da ciddi faktordur. Cəbhənin ön xəttinin yarılmasının mümkünsüzlüyü haqqında illərdən bəri Ermənistanın yaratmış olduğu psixoloji mifİ Azərbaycan ordusu darmadığın elədi.

2. Daxili auditoriyanın – yani Azərbaycan xalqının da belə bir psixoloji üstünlüyə ehtiyacı var idi. Bu üstünlük “məğlub xalq” yükünün ağrısını müəyyən qədər azaltmış oldu. Bu həmçinin daxildə bütün siyasi-ideoloji fikir ayrılıqlarına rəğmən hamının QARABAĞ adlı dəyər uğrunda bir yumruq kimi birləşə biləcəyini və bu zaman da dövlətin və ordunun yanında, ona tam dəstək verməyə hazır olduğunu göstərdi.  

3. Azad edilən nöqtələr və yaşayış məntəqələri ciddi strateji əhəmiyyətə malik idi. Bunu peşəkar hərbçilər də açıqlamalarında vurğuladılar. Adları çəkilən yüksəklik və yaşayış məntəqələrinin nəzarətimizə keçməsi, gələcək hərbi əməliyyatlar üçün münbit şəraut yaradır və demək olar ki, Aran Qarabağında rahat manevr etməmiz üçün bütün imkanları yaradır.

4. Aprel əməliyyatları həm də Ermənistana real gücünün nə olduğunu göstərdi ki, bu da düşmən ölkədə düşdükləri ağır durumu daha qabarıq və açıq şəkildə anlamalarına şərait yaratmış oldu. Erməni daxili auditoriyası birinci Qarabağ savaşından sonra ilk dəfə açıq şəkildə məğlubiyyətin acısını daddı, Azərbaycanın gücünün və potensialının hətta kiçik hissəsini istifadə etməklə nəyə qadir olduğunu öz üzərində hiss etdi. Bu isə heç şübhəsiz ki, daxildəki siyasi proseslərə və eləcə də sosial narazılıqların artmasına öz təsirini göstərəcək.

5. Bu əməliyyatlar onu sübut etdi ki, Qarabağ münaqişəsi heç də “dondurulmuş” sayıla bilməz və hər an ciddi şəkildə alovlanaraq Cənubi Qafqazda müharibə ocağının yaranmasına səbəb ola bilər. Bu müharibə ocağı isə öz təsirini Azərbaycanın Yaxın Şərqin qapısı olması və həmçinin Türkiyə və Rusiya faktorlarına görə təkcə post-Sovet məkanına göstərməyəcək və əslində miqyası genişlənəcək. Hər halda 3 günlük müharibənin od-alovu fəaliyyətsiz Minsk qrupunun öz “donu”nu əritməsi üçün əslində bəs etməlidir.  

6. Kollektiv Təhlükəsizlik Müqaviləsi mifini dağıtdı. Bu isə bəlkə də ən ciddi məqamlardan hesab oluna bilər. Təsəvvür edin ki, ermənilərin hər zaman kölgəsində gizlənməyə çalışdıqları KTM-in iki üzvü- Qazaxıstan və Belorusiya Azərbaycanın haqlı mövqeyini müdafiə edən bəyənat verdi. Digər ölkələr isə baş verənləri sadəcə müşahidə etməklə kifayətləndilər. Ermənilər çox gözəl anladılar ki, Azərbaycanla mümkün hərbi qarşıdurma baş verəcəyi təqdirdə KTM adlı qurumdan dəstək olmayacaq. Ermənilərə yalnız ruslar havadarlıq edəcəklər.

7. Azərbaycan bir daha Rusiyanın mövqeyini özü üçün dəqiqləşdirmiş oldu. Sual oluna bilər ki, məgər bu mövqe bizim üçün aydın deyildi? Şübhəsiz ki, Rusiyanın, rəsmi Moskvanın Qarabağ məsələsinə və eləcə də ermənilərə də, bizə də münasibəti bəllidir. Amma açıq etiraf edək ki, istər siyasilər arasında, istərsə də xalqın arasında hələ də Rusiya ilə bağlı, yumuşaq desək tərəddüddə olanlar kifayət qədərdir və məhz bu son 3 gündə Rusiyanın mövqeyi və rus kanallarının “söz ifrazatı” onların gözlərini bir çox məsələlərə aça bilər, təbii ki, həqiqətləri əgər görmək və qəbul etmək niyyətləri varsa.

8. Türkiyə və Pakistan – bu iki ölkənin mövcud müharibə ssenarisi reallaşarsa Azərbaycanın yanında olacaqları ilə bağlı heç bir tərrəddüdə yer olmayacağını aşkar şəkildə ortaya qoymuş oldu. Bu dəstəyin həm siyasi, həm də hərbi sahələri əhatə edə biləcəyi vurğusu ön planda idi.  

9. İran isə, açıqlamasından da göründüyü kimi, münaqişəyə daha konkret mövqe bildirməkdə bir o qədər maraqlı olmadığını nümayiş etdirdi. Amma bu iki gündə baş verənlər rəsmi Tehrandan fərqli olaraq Güny Azərbaycanda  böyük həyəcanla izlənildi. Hətta soydalarımızın Araz boyu toplaşaraq dəstək nümayiş etdirmələri barədə görüntülər yayıldı. Təbrizli soydaşlarımız isə “mən Azərbaycan əsgəriyəm” – yazılmış vərəqlərlə şəkillərini paylaşdılar.

10. Qərbin münasibəti maraqlı oldu. Rusiya ilə müqayisə etsək görərik ki, Qərb daha sakit davrandı. Verilən açıqlamalarda da atəşkəsə çağırış tonu, məsələn, Rusiya rəsmilərinin isterik ajiotajından fərqlənirdi. Burda həmçinin diqqəti çəkən məqam Qərb mediası ilə bağlıdır. Ruslardan fəqrli olaraq yayımlanan xəbərlərin əksəriyyətində Qarabağın Azərbaycan ərazisi olduğu və eləcə də toqquşmanın səbəbkarı kimi ermən tərəfinin olduğu vurğulanırdı.  Beş aparıcı dümya informasiya agentliyindən biri – Associated Press-in yayımladığı xəbər buna misal ola bilər.

11. İnformasiya müharibəsi sahəsində ciddi boşluqlar var. Bu daha çox özünü müxtəlif informasiya portalları və sosial şəbəkələrdə göstərməkdədir.   Maarifləndirmə işinə ehtiyac var. İnformasiya müharibəsində boşluq özünü əsasən üç istiqamətdə göstərdi: a) Bizim tərəfimizdən düşünülmədən paylaşılan xəbərlər və şəkillər ermənilər üçün kifayət qədər ciddi materiallar verdi ki, haqqımızda mənfi rəy formalaşdırsınlar (məsələn, kəsik baş şəkili kimi); b) Erməni tərəfinin və Rusiya xəbər portallarının qəsdən dövriyyəyə buraxdığı dezinformasiyaların bizim saytlarda və sosial şəbəkələrdə yayımlanması kimi (məsələn, əldə edilən yüksəkliklərin təkrar ermənilər tərəfindən geri alınması kimi); c) Rəsmi instansiyalar, iri media konqlomeratlarında yayımlanan və həqiqəti əks etdirməyən informasiyalara çevik reaksiya vermirdilər. Nəticədə biz sözün həqiqi mənasında Rusiya mediasının hərtərəfli informasiya manipulyasiyasına məruz qaldıq, bu bizim öz daxili auditoriyamıza ciddi təsir etdiyi kimi, xaricə də öz təsirini göstərmiş oldu. Eləcə də bir sıra iri media orqanları baş verənləri müəyyən qədər təhrif edilmiş formada dünyaya çatdırmış oldu, məsələn, Reuters kimi nüfuzlu informasiya agentliyinin "Azərbaycan ordusu ilə Dağlıq Qarabağ erməniləri arasında döyüşlər başlayıb" başlığı ilə xəbər yayımlaması kimi.


Hər halda bu məqamlarda diqqət ediəsi və nəticə çıxarılası çox şey var,əgər nəzərə alaq ki, qabaqda bizi itirlmiş torpaqlarımızın qaytarılması gözləyir...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...