Ana içeriğe atla

Kayıtlar

Mayıs, 2013 tarihine ait yayınlar gösteriliyor

Bayramımız mübarək!

Düz 95 il öncə bütün Şərq dünyasında yeni bir ulduz parladı, Azərbaycan adlı...  Türk-İslam dünyası ilk cümhuriyyətinin quruluşuna tanıqlıq etdi. Hürriyyət və İstiqlaliyyət eşqi ilə döyünən ürəklər, başlarının üzərində dalğalandırdığı Türkl üyün, Müasirliyin və İslamın simqəsi olan ay uduzlu bayrağı şərəflə dünyaya tanıtdılar. 

Qloballaşma və milli kimlik

Qloballaşma və milli kimlik Qloballaşma ilə bağlı müzakirələr gündəmə gəldiyində, milli dövlətlərin zəiflədiyi və proses dərinləşdikcə ortadan qalxa biləcəyi təhlükəsi ilə bağlı mövzularla daha çox rastlaşırıq. Qloballaşmanı əgər tək və qaçılmaz bir proses olaraq qəbul etsək, nəticə olaraq qloballaşmanın özü ilə nələr gətirəcəyini də qəbul etməmiz lazım gəlir. 

Hatayda nə baş verdi?

Hatayda nə baş verdi? Bu gün gündəm Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı ilə sarsıldı. Son dərəcə dəqiq və nəticəsi ağır faciəli sonluqlara hesablanmış terror aktı, son zamanlarda onsuz da yaşanan daxili gərginliklərdən bir türlü qurtara bilməyən Türkiyəni əməllicə silkələdi. Ortada olan nəticələr vahim: ölənlərin sayı 40-dan artıqdır, onlarla ağır yaralı var, itki daha da çoxala bilər… 

70-de doğulanlar

70-Cİ İLLƏRDƏ DOĞULANLAR... Keçən əsrin 70-ci illərindən başlayaraq hər onilliyində anadan olmuş nəslin özünəməxsus xüsusiyyətləri var. Fərqli və müxtəlifliklərlə dopdulu olan 70, 80 və 90-cı illərin nəsilləri bəlkə də özləri də bilmədən i ndi və gələcəkdə Azərbaycanın həyatında doğrudan da önəmli rol oynayacaq bir mətanətə sahibdirlər. Amma bu 3 onilliyin içində yeganə olaraq 70-ci illərdə anadan olanlar, bütün keşməkeşli və çətinliklərlə dolu uşaqlıq və gənclik illərini bəlkə də doğrü dürüst yaşaya belə bilmədilər.