Hatayda nə baş verdi?
Bu gün gündəm Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı ilə sarsıldı. Son dərəcə dəqiq və nəticəsi ağır faciəli sonluqlara hesablanmış terror aktı, son zamanlarda onsuz da yaşanan daxili gərginliklərdən bir türlü qurtara bilməyən Türkiyəni əməllicə silkələdi. Ortada olan nəticələr vahim: ölənlərin sayı 40-dan artıqdır, onlarla ağır yaralı var, itki daha da çoxala bilər…
Lakin daha qorxunc olan, terror nəticəsində həyatını itirmiş insanların sayı deyil, əslində bu partlayışın uzaq hədəflərə hesablanmış əsl səbəbləridir. Qanı tökülən və bununla da uduzan türk milləti, udan isə bir çox pərdəarxası qüvvələrdir.
İlk növbədə partlayış məkanı kimi niyə məhz Hatay bölgəsinin seçildiyinə aydınlıq gətirməyə çalışaq. Ən əvvəl onu vurğulamaq lazımdır ki, bu bölgənin Suriya ilə sərhəddə yerləşməsi, eyni zamanda qarışıq etnik mənzərəyə - burada türklərlə yanaşı, kürd, ərəb və aysorilər də yaşayır – malik olması əsas diqqət çəkən məqamlardandır. Dini nöqteyi nəzərdən də bu bölgə rəngarəngliyi ilə seçilir. Burada müsəlmanlarla yanaşı, çoxlu sayda xristian və bir qədər musəvi icmaların nümayəndələri də var. Hatay keçən əsrin 30-cu illərindən başlayaraq Suriya ilə əsas mübahisə predmetidir. Suriya bu torpaqlara iddialıdır. Lakin Britaniya imperiyasının mülkü sayılan bu torpaqlardan ingilislər çəkildikdən sonra, Qazi Musatafa Kamal Atatürkün qətiyyəti ilə əvvəllər Osmanlı ərazisi olan həmin bölgə yenidən Türkiyəyə birləşdirilir. Bir tərəfdən Atatürkün liderlik xarizması, digər tərəfdən Türkiyənin bir dövlət olaraq gətirdiyi əsasların ciddiliyi – bu ərazilərin keçmiş Osmanlı torpaqları və əhalinin yarıdan çoxunun etnik cəhətdən türk olduğu – birləşmənin əleyhinə olan qüvvələri geri çəkilməyə məcbur edir. Suriya isə hələ də bu itki ilə razılaşmamaqdadır və iddiasından on illərdir ki, geri çəkilmir.
Partlayışın məhz indi – Suriyanın ucu-bucağı görünməyən daxili müharibə çıxmazına girdiyi və eləcə də Türkiyədə hələ də müsbət sonluqla nəticələnəcəyinə haqlı olaraq böyük şübhələr olan “kürd açılımı”nın getdiyi bir zamanda baş verməsi, istər istəməz müəmmalı sualar ortaya çıxardır.
Partlayış ilk növbədə Suriyanı günahlandırmağa əsas verir. Və göründüyü kimi, Türkiyə mediasında artıq sözügedən dövlətin rəsmiləri ilkin günahkar kimi göstərilməkdədir. Suriya həqiqətən də bu partlayışın arxasında dura bilərmi? Əsəd rejimindən belə bir qəddarlıq gözləmək olar. Onların bu gün öz ölkələrində, öz vətəndaşlarına etdikləri göz qabağındadır. Lakin indi bunu etmək onlara sərf edirmi? Əsl cavabı tapılmalı olan sual budur. Fikrimizcə, bu gün daxilindəki vətəndaş müharibəsi ilə tam şəkildə özünü yıpratmış bir rejimin, bu cür partlayış təşkil etməklə əslində Türkiyəni qarşısına almağa risk etməsi ağılsızlıq olardı. Bu faktiki olaraq Əsəd rejiminin qəti şəkildə bir siyasi iqtidar olaraq məhv olmasına öz imzasını qoyması anlamına gəlir. Bu onlara lazımdırmı? İnanmaq çətindir...

Partlayışdan sonra yerli türklərin həmin bölgədə məskunlaşmış köçkün suriyalı mühacirlərə hücum etməsi də əslində şox şey deyir. Belə bir təsəvvür yaranır ki, biriləri Suriyanı Türkiyəyə hədəf göstərir və sanki, uzun müddətdir Suriyaya girmək istəyən, lakin daxilində bu kampaniyanın birmənalı qarşılanmayacağı səbəbi ilə müəyyən tərəddüdlər edən Türkiyə iqtidarına siyasi bəhanə qazandırmağa çalışırlar.
Türkiyədə seçkilər yaxınlaşır. Açılım bu gün ABŞ və Qərbin təklif etdiyi və arzuladığı ssenari üzrə gedir. Uğurlu bir Suriya hərbi kampaniyası isə iqtidara da seçkiqabağı müəyyən nüfuz qazandıra bilər. İstənilən halda bu terror özü ilə bir sıra siyasi qərarların qəbul edilməsinə təkan verəcək. İndilikdə isə, bizə bunu demək qalır: TÜRK MİLLƏTİ OLARAQ, BAŞIMIZ SAĞ OLSUN!

Yorumlar
Yorum Gönder