Razılığa gəlməyəcəkləri bəli idi... Bunu 5 ildir deyirəm: Türkiyə və Rusiyanın prinsipial məsələlərdə razılığa gəlməsi mümkün deyil! Çünki hər iki ölkə regionda - Yaxın Şərqdən tutmuş, Qafqazlara, Balkanlara qədər oturuşmuş ənənəvi siyasi baxışları olan iki böyük imperiyanın varisləridir. Hər ikisi iddialıdır. Hər iki dövlətin maraqları, hədəfləri var. Ankaranın ruslarla YPG/PYD qüvvələri ilə bağlı razılaşmaya ümid etməsinin nəticəsi(zliyi) əvvəldən bəlli idi. Son günlərdə kürd qruplaşmalarının, sırf türk birləşmələrinin və onların dəstəklədikləri qüvvələrin nəzarətinə keçməsin deyə, Menbiç istiqamətində bir neçə məntəqəni qəsdən Əsəd rejimi qüvvələrinin nəzarətinə tərk etmələri, əslində çox mətləbdən xəbər verirdi. Kürd qruplaşmaları ilə Əsəd arasında əldə edilən razılaşmada Moskva önəmli halqadır və bunu Ankara bildiyindən, Rusiya ilə anlaşmağa cəhd göstərirdi. Lakin...