Ana içeriğe atla

Kayıtlar

Türkiyədə seçkilər: verilən mesajlar və nəticə

Türkiyədə eyni gündə keçirilən prezident və parlament seçkiləri heç şübhəsiz ki, dünyanın başlıca gündəmi oldu. İstər seçkilərin nəticələri, istərsə də bu nəticələrin Türkiyəyə, eləcə də regiona təsirləri, hazırda ən çox üzərində müzakirələr açılan mövzulardır. Bir çox ilklərlə Türkiyə siyasi tarixinə keçən bu seçki əslində ciddi məqamları, nəticələri isə ciddi mesajları ilə yadda qalacaq. 

NOVRUZ - TÜRKÜN «YENİ GÜN» BAYRAMI

Bahar bayramı insanlığın qeyd etdiyi ən qədim bayramladan biri, hətta birincisi sayıla bilər. Bəlkə də ona görədir ki, bir çox xalqlar bu bayramı «özünküləşdirməyə» çalışır, müxtəlif rəvayət və bağlarla onu özlərinə calamağa səy göstərirlər. E.Əlibəyzadə qeyd edir ki, qədim şumer eposu «Bilqamıs» dastanında bahar bayramımız «yeni il», «yeni gün», «yazın ilk günü», «bahar bayramı» kimi adlandırılır, bolluq, bərəkət rəmzi kimi xatırlanır. Çin qaynaqlarından Kutaqdu Biliyə, Kaşqarlı Mahmuddan Biruniyə, Nizamül Mülkün Siyasətnaməsindən Məlikşahın təqviminə qədər, Ağqoyunlu Uzun Həsənin qanunlarınadək dava edən çoxəsrlik bir silsilə boyu Novruz ilə bağlı qeydlərə rast gəlmək olar. Digər tərəftən Sivas hökmdarı Qazi Bürhanəddin Əhməd, Osmanlılarda Sultan I Əhməd və Sultan IV Murad, Səfəvi İmperiyasının qurucusu Şah İsmayıl kimi türk hökmdarlarının, din adamlarından Baki Əfəndi və şeyxülislam Yəhya Əfəndinin, şairlərimizdən Pir Sultan Abdal, Füzuli, Şəhriyar və Məhdumqulunun uzun bir tar...

Afrin uğrunda rəqabət?

“Zeytun budağı” əməliyyatının Türkiyə tərəfindən uğurla davam etdiyi və hər keçən gün məhv edilmiş terrorçuların sayının artdığı bir zamanda Afrin ətrafında yeni spekulyasiyalar beynəlxalq media vasitəsi ilə ortaya atıldı. Əsəd rejiminə bağlı rəsmi qüvvələrin Afrinə daxil olacağı və bununla bağlı YPG/PYD terror qruplaşmaları ilə razılıq əldə edilməsi ilə bağlı xəbərlər bir sıra aparıcı media konqlomeratlarının baş xəbərinə çevrildi. Hətta Reuters belə, sanki Suriyada yeni bir dönəmin başlanacağının anonsu kimi təqdim etdi, ictimaiyyətə sızdırılan bu xəbəri. 

Afrin əməliiyatı: səbəblər və mümkün nəticələr

Daha əvvəllərdə qeyd etdiyimiz kimi, Afrin əməliyyatı ciddi strateji əhəmiyyətə malikdir, ABŞ-ın bütün təzyiqlərinə rəğmən keçiriləcəyinə əminliyimizi bildirmişdik. Ümumiyyətlə hazırda yaşananlar, Türkiyənin bölgədəki mövqeyini olduqca gücləndirəcək. Afrinin nəzarətə götürülməsi Türkiyənin təhlükəsizliyi baxımından olduqca önəmlidir və PKK, YPG və PYD terror təşkilatlarına ciddi sarsıdıcı zərbə olacaq. 

İranda “ərəb baharı”?

İranda baş verən son etiraz aksiyaları ilə bağlı müxtəlif fikir və rəylər səsləndirilməkdədir. Görünən odur ki, 10 gündən artıqdır ki, davam edən proseslər heç də göründüyü qədər sadə deyil və olanlar iqtisadi narazılığın fonunda həm daxili, həm də xarici faktorlarla pərçimlənmiş ciddi siyasi hesablaşmanın konturlarını ortaya qoymaqdadır.  İlk nöbədə vurğulamalıyıq ki, baş verənərin birmənalı şəkildə yalnız xarici amillərlə əlaqələndirilməsini doğru hesab etmirik və burada daxili faktorlar da son dərəcə ciddi əhəmiyyət daşımaqdadır. 

Unudulmayan hədəf - Atatürk!

NATO-nun Norveçdəki hərbi təlimlərində əsgərlərin atış hədəfi kimi Atatürk və Erdoğanın şəkilləri yerləşdirildiyinə görə Türkiyəli 41 hərbçi təlimdən geri çağrılıb.  Ciddi məqamdır. Bununla bağlı müxtəlif şərhlər var. Mən məsələyə daha fərqli bucaqdan münasibət bildirmək istərdim...

Səudlarda “update”

Əslində Səudiyyə Ərəbistanında baş verən prosesləri bir daxili “yenilənmə” kimi də qəbul etmək olar. Səudlar bu yenilənməyə getməyə məcbur idilər, çünki bölgədə baş verənlər sadəcə fərqli çıxış yolu qoymurdu. Dəyişikliyin əsası isə hələ iyun ayında qoyulmuşdu. Həmin zaman Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl-Səud şahzadə Məhəmməd bin Naifi vəliəhdlikdən uzaqlaşdırdı və yerinə 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin etdi.  Diqqətli oxucularımız xatırlayırsa, elə o zaman da birmənalı şəkildə vurğulamışdıq ki, vəliəhdin dəyişməsi Səudiyyə Ərəbistanının regionda baş verən proseslərə daha çevik və hətta sərt münasibət göstərəcəyinin əlaməti kimi qiymətləndirilə bilər.