Ana içeriğe atla

Afrin əməliiyatı: səbəblər və mümkün nəticələr

Daha əvvəllərdə qeyd etdiyimiz kimi, Afrin əməliyyatı ciddi strateji əhəmiyyətə malikdir, ABŞ-ın bütün təzyiqlərinə rəğmən keçiriləcəyinə əminliyimizi bildirmişdik. Ümumiyyətlə hazırda yaşananlar, Türkiyənin bölgədəki mövqeyini olduqca gücləndirəcək. Afrinin nəzarətə götürülməsi Türkiyənin təhlükəsizliyi baxımından olduqca önəmlidir və PKK, YPG və PYD terror təşkilatlarına ciddi sarsıdıcı zərbə olacaq. 

Afrinin əhəmiyyəti nədir?

Afrin, Türkiyənin terorla mücadiləsində son dərəcə ciddi nöqtədir. Xüsusən son dönəmlərdə PKK/PYD qruplaşmaları bu ərazidən sızaraq Türkiyənin sərhəd məntəqələrini təhdid etməkdədirlər. Faktiki olaraq Afrin PKK-nın Suriya qolu PYD üçün bir lojistik və hərəkat mərkəzi rolunu oynamaqda idi.

Digər tərəfdən bu bölgə Türkiyənin "Fərat Qalxanı" Hərəkatıyla təmizlədiyi bölgəni də təhdid edir. Bildiyiniz kimi, "Fərat Qalxanı" yalnız Türk sərhəddinə İŞİD təhlükəsini aradan qaldırmadı, kürd qruplaşmalarının nəzarətinde olan iki bölgə - Afrin və Kobani arasında tampon bölgə yaratdı. Bununla da kürd qruplaşmalarının Türkiyənin Suriya ilə sərhəddi boyu uzanan bir koridorun qurulmasının qarşısını aldı. Bu baxımdan Afrindən hazırda xüsusilə Azeze yönəlik hücumlar və əl-Baba doğru bu bölgədən mütəmadi olaraq edilən təzyiqləri vurğulaya bilərik. Üçüncü vacib məqam, Suriyada qarşıduran güclərin balansı ilə bağlıdır. Afrinin yerləşdiyi nöqtə "Fərat Qalxanı" ilə Türkiyənin nəzarət etdiyi bölgə və İdlib arasında birləşmə nöqtəsi olmasıdır. Şübhəsiz ki, əğər bu ərazi Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətinə keçsə burada bir bütövlük təmin olunacaq. Bu isə Suriya ilə bağlı müzakirələrdə Türkiyənin mövqelərini gücləndirəcək. 

Təbii ki, həmin ərazilərdə Rusiya hərbi bazasının və eləcə də İranın dəstəklədiyi silahlı şiə qruplaşmalarının da olması məsələnin daha həssas boyutundan xəbər versə də, gözlənildiyi kimi, hər iki ölkə rəsmi Ankaranın mövqeyini anlayışla qarşıladılar, hətta Rusiyanın öz hissələrini əməliyyatların getdiyi ərazilərdən uzaqlaşdırdığı ilə bağlı xəbərlər yayıldı. Burada diqqət çəkən ən önəmli məqam, Moskvanın bu addımı bölücülərin liderlərinin onlara yardım üçün müraciət etmələri fonunda atması oldu. Rusiya indiki məqamda Türkiyə ilə tərəfdaşlıqdan vaz keçmək niyyətində deyil və xarici faktorların təsiri ilə formalaşmış Ankara-Moskva-Tehran üçbucağının daha dayanıqlı, möhkəm olmasında maraqlıdır. Hətta Rusiya XİN-in başlanan əməliyyata görə ABŞ-ı qınaması və bununla da Türkiyəni haqlı hesab etməsi də olduqca önəmli diplomatik addım hesab etmək olar. 

Baş verənlərə birbaşa qınayıcı münasibət bəsləyən yeganə tərəf ABŞ oldu. Səbəbləri ilə bağlı istər əvvəlki şərhlərimizdə, istərsə də müsahibələrimizdə kifayət qedər məlumat verdiyimizdən, üzərində dayanmaq istəmirik. Lakin birmənalı şəkildə vurğulamalıyıq ki, Amerika da sözügedən qruplaşmalara görə Türkiyə ilə üz-üzə gəlmək niyyətində deyil. 

Afrin əməliyyatlarının olduqca önəmli nəticələri olacaq. Bu ilk növbədə İŞİD-dən sonra bölgədəki boşluğu ABŞ-ın dəstəyi ilə doldurmağa çalışan bölücü kürd qruplaşmalarına öldürücü zərbələr vuracaq. 

Ikinci məqam, Türkiyənin mövqelərini gücləndirməklə bölgənin gələcəyi ilə bağlı daha böyük söz sahibi olmaq imkanı əldə edəcəyi ilə bağlıdır. Buna həm ərəblərlə ciddi münaqişə halında olan, ABŞ və İsrailin təzyiqlərini daha artıq dərəcədə üzərində hiss edən və getdikcə manevr imkanları daralan Tehran, həm də Qərblə bir çox cinahlarda qarşı-qarşıya duran Moskva məcburdurlar. Zatən Suriyada sülh danışıqları ilə bağlı keçən il keçirilən son Astana görüşündə hər iki ölkə Ankara ilə razılığa gəlmişdilər. Məhz bu razılıq xəbərlərindən sonra, ABŞ-ın kürd qruplaşmalarına silah yardımı daha intensiv xarakter aldı.

Amma keçirilən bu əməliyyatların fonunda diqqət edilməsi ən vacib durum - zamanında durmağı bacarmaqdır. Suriya bir bataqlıqdir və dəfələrlə vurğuladığımız kimi, ən təhlükəlisi, Suriyanın ikinci Əfqanıstana çevrilməsi fonunda, Türkiyənin Pakistanın taleyini bölüşməsidir. 

Unutmaq olmaz: Bu bölgədə hər zaman söz sahibi olanlar, öz qanları ilə bu torpaqları suvaranlar olub. 

Bir sözlə: Qəzan mübarək olsun, Türkiyəm!

Yorumlar

Bu blogdaki popüler yayınlar

Erməni terrorunun 17 ismi

Erməni terrorizmi hələ 19-cu əsrdən başlayaraq beynəlxalq terrorun tərkib hissəsinə çevrilib. Bununla əlaqədar olaraq 1885-ci ildə ilk erməni terror təşkilatı – “Armenakan” yaradılmış, daha beş il sonra “Hnçaq” və “Daşnaksütyun” bu sıraya qoşulmuşdur. Yaradılan terror təşkilatlarının başlıca məqsədi qədim türk yurdlarının hesabına xəyali “Böyük Ermənistan” qurmaq və bu ərazilərdə yaşayan yerli türklərə qarşı soyqırım həyata keçirmək idi.  Məhz həmin dövrdən başlayaraq ermənilərin terror şəbəkəsi erməni qriqoryan kilsəsinin və Çar Rusiyasının da aktiv dəstəyi ilə şəbəkələşərək Azərbaycan və Türkiyənin Anadolu vilayətlərində yerli türk əhaliyə qarşı müxtəlif səpkidə terror aksiyaları həyata keçirməyə başladırlar. Müəyyən qədər qərbin imperialist qüvvələri tərəfindən dəstəklənən bu qruplaşmalar, Osmanlı ərazilərində ixtişaşlar törədərək birinci dünya müharibəsi illərində sözün həqiqi mənasında türk dövlətini arxadan vurmaqla, imperiyanın zəifləməsi və dağılması üçün ciddi fəaliyyətdə ...

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Hantinqton

Hantinqtonun təhlükəli nəzəriyyəsi  Samuel Hantinqtonun hay-küylü «mədəniyyətlərarsı münaqişələr» nəzəriyyəsi təhmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara – hətta iki amerikalı politoloqun dili ilə desək «nəzəriyyələrin toqquşmasına» səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür.