Ana içeriğe atla

Yayda "Türk baharı" istəyənlər...


Türkiyədə son beş gündə yaşananlar bütün dünyanın diqqət mərkəzində. “Guardian” artıq yaşananlara bir ad belə təqdim etdi: “Türk baharı”...
“New York Times” isə hətta daha irəli gedərək “Taksim”lə Misirdəki “Tahrir” meydanını müqayisə edir...
Və bütün bunlar Suriya çıxmazının davam etdiyi, sonu hələ də dövlət maraqları baxımından hansı nəticələr verə biləcəyi ciddi şübhələrə yol açan “kürd açılımı” və seçkilərin astanasında baş verir...
Kommunist və sol təmayüllü qüvvələr üçün bir simvolik məna daşıyan Taksimdə, Türkiyə bəlkə də yeni bir daxili qarşıdurmaya doğru sürüklənməkdədir. Artıq hadisələr sadəcə “Gezi Parkı” və ağac məsələsini aşaraq, siyasi və ideoloji bir boyut almağa doğru istiqamət götürüb... Və bu istiqamətə Qərb “Türk baharı” adı verir...
Türkiyə cümhuriyyət qurulduqdan sonra çox ixtilallar yaşayıb. Bunların ilki 1960-cı ildə oldu. Bayar-Menderes cütlüyünün liderliyi ilə 10 il təkbaşına iqtidar olan Demokrat Parti 1960-cı ilin mayında hərbçilərin alt qadəmədəki təşkilatlanma nəticəsində qurduqları Milli Birlik Konseyi tərəfindən devrildilər. Bayar uzun müddət həbsdə qaldı. Menderes və daha bir neçə nəfər isə dar ağacından asıldılar...
Bu çevrilişi niyə xatırlatdım indi?
O olaylar da meydanlarda başlamışdı. Bir iç savaş halına gəlmişdi ölkə az qala... 10 ildir ki, hakimiyyətdə az qala bir partiyanın diktaturasını yaratmış olan iqtidara qarşı...
Nəticədə dəmir iradə və Atatürk ilkələrinə sadiqliyin ən barışmaz simqəsi olan silahlı güclər son sözlərini dedilər! Bəs indi?
İndi ordu daxildən yıpranmış bir durumda...
Qondarma “Ərgənəkon”, “Balyoz” və daha neçə belə əməliyyatlarla orduda nüfuzu olan, hər zaman dövlət maraqlarından çıxış edən və ilkələrə sadiqliyi heç bir şübhə doğurmayan hərbçilər müxtəlif ittihamlarla həbs edildilər. Yəni, bir qarşıdurma olacağı təqdirdə hamıya yerinə göstərə biləcək bir güc aradan qadırılmış durumda... Təəssüf ki....
İşin ən maraqlı tərəfi, qərb mediasının sanki bir himə bənd imiş kimi, “ərəb baharı”nda olduğu kimi bir ağızdan inqilab təbili çalmasıdır. “Guardian”la yanaşı, Reuters, BBC, CNN başda olmaqla bir sıra xəbər agentlikləri və kanalları Taksim Gəzi Parkında yaşananları bir az da şişirdilmiş formada az qala dəqiqə-dəqiqə “həyəcanla” dünyaya təqdim etmələridir. Son günlər qərbi Avropa ölkələrində də belə ixtişaşlar baş qaldırırdı. Amma adlarını yuxarıda sadaladığım media divləri, nədənsə, məsələn “İngiltərədə Avropa baharı” və ya “İspaniyada Avropa baharının rüzgarları əsir” deyə xəbərlər təqdim etmirdilər...
Maraqlıdır...
Birmənalı şəkildə demək lazımdır ki, bu gün Türkiyədə bir qarşıdurma təhlükəsi yaranırsa, onun ən birinci səsəbi mövcud AKP iqtidarı və bəzi müxalif solçu qüvvələrdir. Lakin bütün bu olanların pərdəarxasında duran “dirijorlar”a da diqqət edilməlidir. Məhz onların “sehirli çubuğunun” təsiri ilə dünyanın aparıcı media orqanları “Türk baharı” rüzgarının əsdiyini car çəkməkdədirlər. Taksim xarici müxbir və “müxbir”lərlə doludur...
Beynəlxalq İnsan Hüquqları Təşkilatları sürətlə olanlara kəskin reaksiya verməkdələr. Bəzi beynəlxalq vəqflərin nümayəndələri isə hətta meydandalar. Və ən maraqlısı nədir? Əcəba, 16 gün öncə Hatay Reyhanlıda mövcud iqtidarın da müəyyən mənada dətək verdyi qüvvələr tərəfindən törədilən terror nəticəsində baş vermiş qətliama niyə bu qədər səs çıxmadı? Halbuki, 50-dən artıq ölən, yüzlərlə yaralı var idi... Harada idi insan hüquqlarının müdafiəçiləri?
Məhz bu pərdəarxasında duran güclərin sayəsində sözdə Atatürk ilkələrinə sadiq olduqlarını bildirən bəzi müxaliflər, bu ilkələrə qarşı çıxan və Türkiyəni bölməyi qarşısına hədəf qoyan bölücülərlə (BDPKK) yan-yanadır...
Bu gün kürd baharını başlada bilməyənlərin bir “türk baharı” sevdasına düşdükləri ortadadır...
Yaşıllar Partiyasının liderinin CNN-ə verdiyi mesajda “Bu ayaqlanma yaşanan basqı və yasaqlara qarşı bir etirazdır. Ərəb baharı kimi Türk baharı da gələcəkdir”, - deməsi, heçdə problemin bir ağacla bağlı olmadığını ortaya qoyan ən bariz gerçəkdir. AKP illərdir ki, yürütdüyü yanlış daxili və xarixi siyasət kursu ilə sadəcə bu günki problemin əsirinə çevrilməkdə... Olan Türkiyəyə və türk xalqına olmaqda...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Türkizmlər

Qərbi Avropa dillərində türkizmlər  Türkologiya uzun müddət qarşısına qoyulan səddləri aşaraq, nəhayət ki, adını öz üzərinə götürdüyü ulu bir etnosun tarix və ədəbiyyatının qaranlıq səhifələrinə qovulmuş şanlı irsini öyrənmək istiqamətində ciddi nəticələr əldə etməkdədir. Əsasən 20-ci əsrdən populyarlaşan «bəşəriyyətin ən mədəni və şanlı irsini hind-avropalılar yaratdılar» şüarı ilə oturub-duran «alimlər» tərəfindən ortaya atılmış paradokslarla zəngin bir əfsanə, nəhayət ki, bir çox türkoloq ziyalıların göstərdikləri çaba ilə gerçək sifətini açmağa başladı. Oljas Süleymanov demişkən, «Budda ayağına tapınan buddalılar tək, Hind-Avropa çəkməsinin dar qəlibinə sitayiş edən çəkməçilər bizə həqiqəti söyləyə bilməz, bu həqiqəti biz özümüz yada salmalıyıq». Böyük bir mədəni epoxanın yaradıcısı olan türklərə o dərəcədə həqarət edilirdi ki, onlarda hətta bir yazı və əlifbanın olmadığı belə müzakirə predmetinə çevrilmişdi. «Türklər köçəridir, maldardır, onların mədəni irsi ola bil...

Zarafatlaşdığımız 1 aprel

Qeyd etdiyimiz və bəzən hətta səbrsizliklə gözlədiyimiz təqvim bayramları var ki, onların tarixini bəzən hətta bilmirik. Bilmədiyimizdən də bu «günün» əsl mahiyyətindən kənarda qalır, nəyi qeyd etdiyimizin fərqinə varmırıq. Bundan iki il əvvəl «8 mart» və «14 fevral»lın gerçək tarixləri ilə bağlı yazmışdım. Bu dəfə «1 aprel – Beynəlxalq gülüş günü» ilə bağlı yazmaq istədim.  Tam olaraq ortaya çıxması ilə bağlı bəlli bir tarixi olmayan «Aldatma günü» haqqında olan yazıları incələdiyimdə maraqlı və düşündürücü detallarla üzləşdim. Ümumiyyətlə aprelin ilk günündə zarafat etmənin Fransada 5 əsrlik bir ənənə olduğunu görmək mümkündür. Mövzu ilə bağlı ciddi araşdırmalar aparan Gabriella Kalapesin də qeyd etdiyi kimi, sözügedən günün tarixi ilə əlaqədar onlarla fikir mövcuddur və sadəcə bəziləri digərlərinə nisbətdə daha yayğındır və bilinir.