Ana içeriğe atla

Ruhaninin Ermənistan səfərinə kiçik sözardı


İran prezidentinin Ermənistan səfəri ilə bağlı çox danışılır və yazıır. Mən sadəcə olaraq məsələyə bir qədər fərqli rakursdan qısa nəzər salmaq istədim. 

Bu səfər bir daha onu sübut edir ki, 21-ci əsr dünyasında dini ideologiya sadəcə olaraq fanatiklərə, cahil və savadsız insanlara yönəlik təsir vasitəsidir və əslində bu ideoloji təbliğatı əlində bayraq edən teokratik dövlətlər belə, müsir dövrdə milli-dövlətçilik hədəfləridən çıxış edərək addımlarını atırlar.

Müasir dövrdə hansısa ümmət, məzhəb təəssübkeşliyi çəkən şəxs sadəcə olaraq ətrafında baş verənləri anlamayacaq qədər ya idealistdir, ya da ümumiyyətlə bəsit təfəkkürə malikdir. 

Mənim üçün şəxsən İran prezidentinin Ermənistana səfərində təəccüblü heç nə yoxdur. 20 ildir Yaxın Şərqdən yazıram, bu bölgəni öyrənirən. İran - mənim əsas təqdqiqat predmetlərimdən biridir. Bu ölkə 1979-cu inqilabından indiyədək məzhəbçilik və anti-sionizm kartlarından öz təbliğatı üçün istifadə edib, əleyhimizə erməni faktorundan yararlanıb. İran - öz milli dövlətçilik maraqlarından çıxış edərək belə edir və bu təbiidir. Burada artıq faktiki olaraq dini təəssübkeşlik, ümmət birliyi, əhli-beyt sevdalılığı kimi məqamlar arxa plana keçir. Və bu təkcə İrana aid deyil.

21-ci əsr - milli ideologiyalar üzərində köklənmiş düşüncə sistemlərinə istinad etmək dövrüdür. Hansısa dini-məzhəbçi-təriqətçi təəssübkeşlik və ilahi ip arayışları, kosmopolit qərb aludəçiliyindən doğan vecsizlik və ya xəstə solçu-kommunist təfəkkür- müasir dünyada sadəcə olaraq milli bütünlük fəlsəfəsinin sarsılmasına yönəlik alətlərdir. Avropada mühafizəkar sağ qüvvələrinin ard-arda əldə etdikləri qələbələr məgər bunu sübut etmirmi?

Yorumlar

Bu blogdaki popüler yayınlar

Erməni terrorunun 17 ismi

Erməni terrorizmi hələ 19-cu əsrdən başlayaraq beynəlxalq terrorun tərkib hissəsinə çevrilib. Bununla əlaqədar olaraq 1885-ci ildə ilk erməni terror təşkilatı – “Armenakan” yaradılmış, daha beş il sonra “Hnçaq” və “Daşnaksütyun” bu sıraya qoşulmuşdur. Yaradılan terror təşkilatlarının başlıca məqsədi qədim türk yurdlarının hesabına xəyali “Böyük Ermənistan” qurmaq və bu ərazilərdə yaşayan yerli türklərə qarşı soyqırım həyata keçirmək idi.  Məhz həmin dövrdən başlayaraq ermənilərin terror şəbəkəsi erməni qriqoryan kilsəsinin və Çar Rusiyasının da aktiv dəstəyi ilə şəbəkələşərək Azərbaycan və Türkiyənin Anadolu vilayətlərində yerli türk əhaliyə qarşı müxtəlif səpkidə terror aksiyaları həyata keçirməyə başladırlar. Müəyyən qədər qərbin imperialist qüvvələri tərəfindən dəstəklənən bu qruplaşmalar, Osmanlı ərazilərində ixtişaşlar törədərək birinci dünya müharibəsi illərində sözün həqiqi mənasında türk dövlətini arxadan vurmaqla, imperiyanın zəifləməsi və dağılması üçün ciddi fəaliyyətdə ...

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Hantinqton

Hantinqtonun təhlükəli nəzəriyyəsi  Samuel Hantinqtonun hay-küylü «mədəniyyətlərarsı münaqişələr» nəzəriyyəsi təhmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara – hətta iki amerikalı politoloqun dili ilə desək «nəzəriyyələrin toqquşmasına» səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür.