Ana içeriğe atla

Kayıtlar

"Ərəb baharında" domino effekti: Misir

Misirdə yeni bir çevriliş baş verdi. Siyasi qarşıdurmalar fonunda gərginliyin yatırılması üçün beynəlxalq ictimaiyyətin konsensus çağırışının nəticəsiz qalması, yeni bir dəyişikliyə səbəb oldu. Əslində hadisələrin gedişatı, belə bir sonluğu proqnozlaşdırmaq üçün kifayət qədər əsaslar verirdi. Ordunun uzlaşma çağırışına və 48 saatlıq zaman verməsi tələbinə, prezidentin sandıqdan aldığı referans və “ərəb baharı”ndan qalma güvənci ilə güzəştə getməyəcəyini açıq şəkildə bəyan etməsi, qarşıdurmanın gərginləşəcəyinin siqnalı idi.

Yayda "Türk baharı" istəyənlər...

Türkiyədə son beş gündə yaşananlar bütün dünyanın diqqət mərkəzində. “Guardian” artıq yaşananlara bir ad belə təqdim etdi: “Türk baharı”... “New York Times” isə hətta daha irəli gedərək “Taksim”lə Misirdək i “Tahrir” meydanını müqayisə edir... Və bütün bunlar Suriya çıxmazının davam etdiyi, sonu hələ də dövlət maraqları baxımından hansı nəticələr verə biləcəyi ciddi şübhələrə yol açan “kürd açılımı” və seçkilərin astanasında baş verir...

Bayramımız mübarək!

Düz 95 il öncə bütün Şərq dünyasında yeni bir ulduz parladı, Azərbaycan adlı...  Türk-İslam dünyası ilk cümhuriyyətinin quruluşuna tanıqlıq etdi. Hürriyyət və İstiqlaliyyət eşqi ilə döyünən ürəklər, başlarının üzərində dalğalandırdığı Türkl üyün, Müasirliyin və İslamın simqəsi olan ay uduzlu bayrağı şərəflə dünyaya tanıtdılar. 

Qloballaşma və milli kimlik

Qloballaşma və milli kimlik Qloballaşma ilə bağlı müzakirələr gündəmə gəldiyində, milli dövlətlərin zəiflədiyi və proses dərinləşdikcə ortadan qalxa biləcəyi təhlükəsi ilə bağlı mövzularla daha çox rastlaşırıq. Qloballaşmanı əgər tək və qaçılmaz bir proses olaraq qəbul etsək, nəticə olaraq qloballaşmanın özü ilə nələr gətirəcəyini də qəbul etməmiz lazım gəlir. 

Hatayda nə baş verdi?

Hatayda nə baş verdi? Bu gün gündəm Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı ilə sarsıldı. Son dərəcə dəqiq və nəticəsi ağır faciəli sonluqlara hesablanmış terror aktı, son zamanlarda onsuz da yaşanan daxili gərginliklərdən bir türlü qurtara bilməyən Türkiyəni əməllicə silkələdi. Ortada olan nəticələr vahim: ölənlərin sayı 40-dan artıqdır, onlarla ağır yaralı var, itki daha da çoxala bilər…