Ana içeriğe atla

Kayıtlar

“HALLOWEEN” – Cadugarların xristianlaşmış bayramı

Müasir dövrdə qloballaşmanın təsiri ilə yeni-yeni “bayramlar” təqvim günümüzə daxil olmaqda davam edir. Biz isə həmin bayramın tarixini, mahiyyətini anlamadan onu qeyd edirik. Bundan əvvəl gənclərimizin sevərək qeyd etdikləri, amma anlamının fərqinə belə varmadiqları “14 fevral-Sevgililər günü”nün Valentin adlı sapıq xristian rahibin adı ilə bağlı olması tarixindən tutmuş, əsasını Bibliyada da adı çəkilən məkrli yəhudi qadın Esterin hiyləsi ilə midiyalı maqların qanlı soyqırıma uğramalarından götürərək XX əsrin əvvəllərində Lenin və digər bolşevik rəhbərliyinin “proletar toplantılarını” pozğun qadınlarla təchiz edən Klara Setkin deyilən başqa bir yəhudi qadına qədər tarixini gətirmiş olan “8 mart” haqqında yazmışdıq. Bu gün isə son bir neçə ildə Azərbaycanda dəb halını almış olan “31 oktyabr- Halloween” günü haqqında yazmaq istədik, bu “bayramı” böyük çoşğu ilə qeyd edənlərin, ən azı bu bayram haqqında məlumatl olmağa haqqları çatdıqlarını düşünərək...

PYD-Türkiyə-İŞİD üçbucağı

  İŞİD-la bağlı son proseslər və eləcə də Türkiyənin şərqində baş verən hadisələr yeni, lakin olduqca mürəkkəb bir mənzərənin ortaya çıxmasına təkan verdi. Ortada olan acı reallıq budur ki, Yaxın Şərq təkcə dövlətlərin geosiyasi və ya müxtəlif təşkilatların dini-ideoloji qarşıdurması məkanı deyil, eyni zamanda yüz ildən artıqdır ki, körüklənərək odunun sönməsinə imkan verilməyən etnik qarşıdurmalar məkanıdır. Qərb İmperializminin son iki yüz ildə Yaxın Şərqin münbit torpaqlarında əkdiyi toxumlar bu gün öz bəhrəsini artıqlaması ilə verməkdədir. 

Türkiyədəki prezident seçkisinə söz ardı və ya qısa təhlil

Rəcəp Tayyip Ərdoğanın prezident seçkilərində elə ilk turda qələbə çalacağını dəfələrlə müsahibələrimdə bildirmişdim. Şəxsən mən bunu gözləyirdim və Türkiyədə baş verən hadisələr də bu qələbəni şərtləndirən amillər idi. Ərdoğan niyə qalib gəldi, sualına cavab olaraq uzun bir təhlil yazmağa gərək duymuram. Ən azı ona görə ki, son təhlillərimdə (əsasən də son bələdiyyə seçkiləri ilə bağlı) AKP-ni seçkidən-seçkiyə qələbəyə doğru aparan faktorları sadalayaraq təhlil etmişəm. Amma yenə də az da olsa bu qələbəni labüd edən məqamları paylaşmaq istərdim:

İslam və Qərb mediası - araşdırma

Son onillikdə müsəlmanlara və İslama aid Qərb Kütləvi İnformasiya Vasitələrində nəşr olunmuş yazıları daha dərindən nəzərdən keçirsək, məlum 11 sentyabr terror hadisəsindən sonra münasibətin daha sərt məcra daşımasının şahidi ola bilərik. Əgər əvvəllər İslam daha çox gerilik və kobudluqla əlaqələndirilirdisə, indi qərbin «IV hakimiyyəti» bu mübarək dini terrorizm, fundamentalizm və müharibə konteskstində səciyyələndirir. Bu gün dünya müsəlmanları mass-mediada İslamın həqiqi mahiyyətini təhrif edən, dezinformasiya və saxtakarlıqlarla dolu olan bir kompaniyanın şahidi olmaqdadır. Heç də düşünmək lazım deyil ki, bütün bu təbliğat İslam dini, mədəniyyəti və ənənələri ilə tanış olmayan qərb kütləsinə yönəlib. Fikrimizcə, post-xristian çərçivəsində tərbiyə almış qərb «obıvatel»i heç də bu kompaniyanın ulaşmağı qarşısına məqsəd qoyduğu hədəf deyil. Əsas zərbə gücü əslində, öz dini ilə az tanış olmuş, lakin özünü İslam dininin nümayəndəsi sayan «ənənəvi müsəlmanlar»a və qərb mədəniyyətini...

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Məzhəb qarşıdurması adı altında qanlı rəqabət - təhlil

İraqda və Suriyada baş verən son proseslər, Yaxın Şərqdə yeni bir ssenarinin işə düşdüyünü ortaya qoymuş oldu. İraq-Şam İslam Dövləti (İŞİD) həyata keçirdiyi əməliyyatlarla bölgədə baş verən siyasi proseslərə yeni istiqamət verdi. Türkiyə konsulluğuna basqın və girovların götürülməsi, Tikrit, Mosul, hətta bəzi məlumatlara görə Samirə şəhərinin də qruplaşmaya bağlı silahlılar tərəfindən nəzarətə götürülməsi, Bağdadın 100 kilometrliyinə qədər irəliləmə, Kərkük və Kərbəlanın əsas hədəf kimi göstərilməsi, bölgədə iştirakçı olan bütün dövlətləri hərəkətə keçmək məcburiyyətində buraxdı. 

Rusiyanın geosiyasi demarşı: Avrasiya İttifaqı? - təhlil

Çoxdandır ki, reallaşması gözlənilən Avrasiya İttifaqının yaradılması ilə bağlı sazış, bir neçə gün öncə imzalandı. Hələ ideya olaraq ətrafında geniş müzakirələrə və fərqli yanaşmalara səbəb olan ittifaqı hətta SSRİ-nin yeni formatda yaradılmasına cəhd kimi də qiymətləndirənlər tapıldı. Rusiyanın yeni geosiyasi və geoiqtisadi formatlar ortaya atmasında başlıca hədəflər nədir və bu formatların hər hansı bir təsir gücü olacaqmı? İndi bu suallara məhz Avropada Ukraynanın timsalında qanlı çarpışmaların getdiyi, Yaxın Şərqdə isə Suriyanın timsalında Əsəd rejiminin bir çox proqnozları alt-üst edərək İran və Rusiyanın dəstəyi ilə hələ də ayaq üstə qalmasının fonunda cavablar axtarılır...