Ana içeriğe atla

Kayıtlar

Razılığa gəlməyəcəkləri bəli idi... Bunu 5 ildir deyirəm: Türkiyə və Rusiyanın prinsipial məsələlərdə razılığa gəlməsi mümkün deyil! Çünki hər iki ölkə regionda - Yaxın Şərqdən tutmuş, Qafqazlara, Balkanlara qədər oturuşmuş ənənəvi siyasi baxışları olan iki böyük imperiyanın varisləridir. Hər ikisi iddialıdır. Hər iki dövlətin maraqları, hədəfləri var.  Ankaranın ruslarla YPG/PYD qüvvələri ilə bağlı razılaşmaya ümid etməsinin nəticəsi(zliyi) əvvəldən bəlli idi. Son günlərdə kürd qruplaşmalarının, sırf türk birləşmələrinin və onların dəstəklədikləri qüvvələrin nəzarətinə keçməsin deyə, Menbiç istiqamətində bir neçə məntəqəni qəsdən Əsəd rejimi qüvvələrinin nəzarətinə tərk etmələri, əslində çox mətləbdən xəbər verirdi. Kürd qruplaşmaları ilə Əsəd arasında əldə edilən razılaşmada Moskva önəmli halqadır və bunu Ankara bildiyindən, Rusiya ilə anlaşmağa cəhd göstərirdi. Lakin...

İranın İsraillə “Qolan düyünü”

1967-ci ildə Ərəb ölkələri - Suriya, Misir, Əlcəzair, İordaniya və İraqla aparılmış məşhur altıgünlük müharibə zamanı İsrailin nəzarətinə keçən, 1981-ci ildə Knessetin (İsrail parlamenti) qərarı ilə anneksiya olan Qolan təpələri son 50 ildə bu və ya başqa dərəcədə manipulyasiya faktoru olub və bundan zamanla istər ərəb ölkələrinin özləri, istərsə də İran öz siyasətlərində təhdid və hədə elementi kimi istifadə ediblər. Lakin bilindiyi kimi, bu, həmişə elə hədə olaraq qalıb və hazırda da həmin, kifayət qədər ciddi strateji əhəmiyyətə malik, içməli su ehtiyatları ilə zəngin ərazilərin İsrailin nəzarətində qalması buna əyani sübutdur.  Lakin hazırda İranın özünə yaxın birləşmələri Qolan təpələrindəki mövqelərində yerləşdirməsi, Avropa mediasının (“İndependent”) məsələ ilə bağlı həyəcan siqnalı çalmasına səbəb olub. 

Prezidentin İran səfərinə sözardı...

Təbii ki, prezidentin İran səfəri ciddi əhəmiyyətə malikdir və regionda baş verən proseslərin fonunda gerçəkləşən bu səfərə diqqət, həm də beynəlxalq əhəmiyyət daşımaqdadır. Erməni mediasında səfərlə bağlı heç bir məlumatın yer almaması, Türkiyə mediasında isə əksinə, maraqlı reaksiyalar sərgilənməsi faktlarının özü bunu əyani sübut edir. Azərbaycan və İran prezidentlərinin son 3 ildə gerçəkləşdirdikləri sayca 8-ci görüşdür. 

Avropa Türkiyənin qapısını döyür...

Fransa Konstitusiya Məhkəməsinin "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv etməsi ilk növbədə baş verən proseslər fonunda Avropanın Türkiyəyə münasibətini dəyişdirmək məcburiyyətində qalmasından xəbər verir. Diqqət edin: bir tərəfdən daha çox daxili auditoriyaya hesablanmış siyasət izləyəcəyini, eləcə də Rusiya ilə münasibətləri daha isti məcraya salmağı düşünən ABŞ prezidentinin məlum açıqlamaları, bununla da faktiki olaraq Rusiya ilə qoca qitənin ziddiyyətli və kəskin münasibətərinin davam etdiyi zamanda baş-başa qalması, digər tərəfdən də Avropa ilə münasibətləri son dərəcə kəskinləşən Türkiyənin Rusiya ilə münasibətlərinin normallaşması, hətta bir çox prinsipial məqamlarda ortaq məxrəcə gəlmək cəhdlərinin edilməsi .

Ruhaninin Ermənistan səfərinə kiçik sözardı

İran prezidentinin Ermənistan səfəri ilə bağlı çox danışılır və yazıır. Mən sadəcə olaraq məsələyə bir qədər fərqli rakursdan qısa nəzər salmaq istədim.  Bu səfər bir daha onu sübut edir ki, 21-ci əsr dünyasında dini ideologiya sadəcə olaraq fanatiklərə, cahil və savadsız insanlara yönəlik təsir vasitəsidir və əslində bu ideoloji təbliğatı əlində bayraq edən teokratik dövlətlər belə, müsir dövrdə milli-dövlətçilik hədəfləridən çıxış edərək addımlarını atırlar. Müasir dövrdə h ansısa ümmət, məzhəb təəssübkeşliyi çəkən şəxs sadəcə olaraq ətrafında baş verənləri anlamayacaq qədər ya idealistdir, ya da ümumiyyətlə bəsit təfəkkürə malikdir. 

Sui-qəsdlə verilən mesaj

Kritik Moskva görüşündən bir gün əvvəl, gözlərin Rusiya və Türkiyənin Suriya ilə bağlı İranı da oturdacaqları masaya dikildiyi, hər kəsin görüşdə hansı qərara gələcəklərini müzakirə etdikləri bir zamanda, paytaxt Ankaranın ən önəmli nöqtəsində rus səfirinə edilən sui-qəsd... Elə bir sui-qəsd ki, veridyi mesajlar ap-açıq ortada: Türkiyənin paytaxtında, rus səfirinə, Rusiya paytaxtında keçiriləcək kritik görüşdən bir gün əvvəl, “Hələb qisası” sloqanı ilə süs verilmiş bir qəsd.. .

Suriya: Hələb və Palmirada başlayan yeni mərhələ

Suriyada baş verə proseslər Hələbin iqtidar qüvvələrinin nəzarətinə keçməsi, Palmiranın isə bundan bur gün əvvəl təkrar İŞİD tərəfindən tutulması, əl-Babda isə Türkiyənin dəstəyi ilə Azad Suriya Ordusunun müvəffəqiyyət qazanması ilə yeni mərhələyə qədəm qoydu. Birmənaı şəkildə vurğulamaq lazımdır ki, tərəflərdən heç biri hazırki dönəmdə, rəqiblərinin əldə etdikləri üstünlüklərlə barışmayacaq və növbəti mərhələdə biz, yeni və ciddi toqquşmaların şahidi olacağıq.