Ana içeriğe atla

Kayıtlar

Osmanlıda erməni qiyamı

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ GİZLİ TƏŞKİLATLAR-ERMƏNİ İŞBİRLİYİ Gizli təşkilatların hər zaman qarşılarına qoyduğu başlıca məqsəd dünya hegemonluğuna nail olmaq və bununla da ideoloji hədəflərindən irəli gələn məqsədlərini gerçəkləşdirmək olub. Orta əsrlərdən başlayaraq bu təşkilatlar öz hədəflərinə çatmaq üçün hər vasitədən istifadə ediblər. Hədəfdə olan imperiya və xalqları çökdürmək və ya zəiflətmək üçün çoxu zaman bu vasitələr kiçik etnik qruplar və ya 5-ci kalon funksiyasını icra edə biləcək ictimai-siyasi birlik və təşkilatlar olub. Geniş imkanlara və böyük gücə malik olan “Alliance İsraelite” gizli təşkilatı I Dünya Müharibəsi illərində Antanta dövlətlərini, xüsusilə də “ingilis tacını” var qüvvəsi ilə dəstəkləməkdə idi. Antanta dövlətlərində də, başda İngiltərə olmaqla bu gizli təşkilatın missiya və hədəflərinə xidmət edən bir çox mason siyasətçilər var idi.

ƏRDOĞAN-GÜL(ƏN) QARŞIDURMASI

Türkiyə silkələnməkdədir. Əvvəlcə səs-küylü həbslər, ardınca bu həbsləri həyata keçirənlərin istefaya göndərilməsi biri-birinin ardınca şok effekti yaratmaqdadır. Qardaş ölkədə siyasi iqtidar sonu görünməyən ciddi bir daxili burulğanın və qarşıdurmanın içinə girməkdədir, sürətlə… Əslində hər şey necə başladı 14 may 2000-ci ildə Fəzilət Partiyasının qurultayında sədrliyə iki namizəd var idi. Bunlar yenilikçi qanaddan Abdullah Gül və ənənəçi qanaddan Rəcai Qutan idi. «Milli görüş» çizgisində olan bir partiyada ilk dəfə idi ki, ciddi olaraq iki namizəd sədrlik kürsüsü uğrunda yarışmaqda idi.  Bu iki namizədin ortaq cəhəti o idi ki, siyasətlə məşğul olmaları qadağan edilən iki siyasətçi tərəfindən dəstəklənirdilər. Gülün arxasında Ərdoğan, Kutanın arxasında isə Nəcməddin Ərbakan dururdu.Yenilikçilər partiyanın iqtidar olması üçün mərkəzlə barışmanın, başda ABŞ olmaqla qərbin dəstəyini əldə etmək üçün proqramlar qəbul etməyin tərəfdarı idilər. Onlar bu istiqamətdə yer...

Bu gün Aşuradır

Bu gün Aşuradır. Məzhəbindən asılı olmayaraq hər bir müsəlmanın urəyində taxt qurmuş İmamımız Hz. Hüseynin (r.a.) Kərbəlada əsrlərdir dinməyən bir eşq dastanını yazdığı gündür. Şəhadətin şirin şərbətini qurtum-qurtum içərək, haqq dərgahınayüksəlməyin ərənliyini bütün dünyaya car çəkdiyi bir gündür. Bütün cahanın əsrlər öncə şahidi olduğu, amma qiyamətə qədər əsla unutmayacağı, sevgi ilə yovrulmuş bir ruhun baş qaldırmasıdır. Bu gün zəncir vurmaq, baş yarmaq günü deyil. Bu gun Qadir Mövlamızın (c.c.) eşqi ilə ürəklərin və ruhların riqqətə gəldiyi bir gündür. Hüseyndən gözəl bir aşiq varmı məgər? Onun ürəyindəki sevgidən böyük sevgi varmı? Sevgisinin şəhadətinə qovuşmaqdan gözəl bir hiss varmı, məgər? Kərbəla, ən uca olanın isminə aşiq olmanın adıdır. Onun adına ölümlə bağlanmış bir nigahdır. Kərbəla bir hayqırtıdır, ikiüzlüyə, xəyanətə, cahilliyə, qaranlığa qarşı bir fəryaddır. Fəryad nədir? Fəryad haqq uğruna ölməyin gur səsidir, bütün ruhu ilə sevgisi uğruna baş qoymqdır. Fəryad yaz...

TÜRKIYƏDƏ “DEMOKRATIKLƏŞMƏ”

Türkiyədə AKP iqtidarının “Demokratikləşmə paketi”ni açıqlaması ilə, qardaş ölkədə siyasi ab-hava getdikcə dəyişməkdədir. Tərəfdarları olduğu kimi, əleyhidarları da olan paketə münasibət, bu gün Türkiyə ictimaiyyə tini ən azı iki yerə bölüb. Siyasilərdən tutmuş, ekspertlərə, ictimai fəallara, hətta sıravi insanlara qədər hər kəs, Türkiyənin gələcəyinə şübhəsiz ki, kifayət qədər ciddi şəkildə təsir edəcək bu yeniliyə öz münasibətini bildirir. “Demokratikləşmə paketi”ni bir “inqilabi dəyişiklik” kimi qiymətləndirənlərdən tutmuş, “vətənə xəyanət” olaraq dəyərləndirənlərə qədər hər kəs, bu qarışıq müzakirələrin içində öz mövqelərini ortaya qoymağa çalışır.  Əslində isə, paketin açıqlanacağı aylardır ki, Türkiyə gündəmində idi və rəsmi Ankara ictimaiyyəti köklü dəyişikliklərə hazırlamaq üçün müəyyən siqnallar verirdi. “Kürd açılımı” və ondan sonra gələn “PKK ilə atəşkəs razılaşması”, yayda baş verən “Gəzi parkı hadisələri” gözlənilən dəyişikliklərin bir növ carçısı hesab olunmalı ...

Ənvər Paşa xatirəsinə - esse

BAKININ QAFQAZ İSLAM ORDUSU TƏRƏFİNDƏN İŞĞALDAN AZAD OLMASININ 95 İLLİYİNƏ VƏ ŞƏHİDİ ƏLA, QAZİY-İ NAMDAR ƏNVƏR PAŞANIN İŞIQI XATİRƏSİNƏ İTTİHAF OLUNUR! Necə olduğunu anlatım sizə... Bağlayın gözlərinizi, açın saçlarınızı bozqır rüzgarının qollarına doğru... Yumun gözlərinizi və barıtı qoxlayın... Silahlar əjdaha kimi atəş qusarkən, qurşun saçarkən silahlar toxum atar kimi torpağa, Ənvər, igid Ənvər, igidlər igidi Ənvər yalın kılınc, yekparə qılınc, yalnız qılınc bağrını güllələrə açmış... Dilində ALLAH kəlamı, ürəyində bir Anadolu türküsü...

“Müsəlman qardaşlar” – “İxvan-ul Müslimin” keçdiyi 100 ilə yaxın yol

Həsən əl-Benna orta məktəblərdən birində müəllimliyə başlayarkən, “Səlahəddin Əyyubinin torpaqlarının bu istiladan qurtarılması gərəkdir”, - deyirdi. Onun fikrincə, “İslam dünyası qərb təsiri altında ictimai hökmünü itirib. Şəriət qanunları, keçmişdə olduğu kimi Quran və Sünnə olmalı və toplumun hər zümrəsini, dövlət işlərindən tutmuş, günlük məişət problemlərinə qədər hər sahəni əhatə etməlidir”. 

Yaxın Şərqin Suriya bəlası

Yaxın Şərqdə yaşanan son olaylar, əsasən də Suriyada yaşananlar hazırda bütün dünya ictimaiyyətinin nəfəslərini dərərək diqqətlə izlədiyi ən başlıca hadisələrdir. Küseyr hadisələrindən sonra Əsəd tərəfdarlarının demək olar ki, ölkə ərazisində öz gücünü və nüfuzunu təsdiq etdiyi bir məqamda, hər şey anidən dəyişdi. Dəməşqdə ortaya çıxan güclü müxalif silahlı qruplaşma və onları məhv etmək üçün rejimin kimyəvi silah tətbiq etməsi ilə bağlı dünyaya yayılan xəbərlər, Misir hadisələrini ikinci plana çəkərək, gündəmə yenə də Suriyanı oturtdu.