Ana içeriğe atla

Kayıtlar

Seçkidən sonrakı yeni Türkiyə

Türkiyədə keçirilən parlanment seçkiləri arxada qalsa da, özü ilə elə bir nəticələr gətirdi ki, bu qardaş ölkənin sabahına ciddi şəkildə təsir edə biləcək gücdədir. Hakim Ədalət və Qalxınma Partiyası ümumi nəticələrə görə digər rəqiblərini yenə də böyük səs çoxluğu ilə üstələsəı də, son 13 ildə ilk dəfə olaraq seçkilərdə təkbaşına iqtidar ola bilmək üçün kifayət edəcək qədər səs toplaya bilmədi. Nəticədə Türkiyədə mümkün ola biləcək koalisiya ssenariləri işə düşməkdədir. Lakin bu ssenarilərə keçməzdən əvvəl nəticələrin nədən belə olduğuna bir nəzər yetirək.

Türkiyədə parlament seçkiləri: mümkün olan ssenarilər

İyun ayının 7-də Türkiyədə keçirilən parlament seçkiləri, əslində qardaş ölkənin gələcəyini təyin edəcək əhəmiyyətə malik bir gücdədir. Sandıqdan çıxacaq səslər nəticəsində Türkiyənin hansı yolla davam edəcəyi bəlli olacaq. Belə ki, bu seçkinin nəticəsi eyni zamanda Türkiyənin yeni konstitusiya və dövlət idarəçilik sisteminə keçidini müəyyənləşdirəcək. 2002-ci ildən başlayaraq keçirilən bütün seçkilərdə davamlı olaraq iqtidarını və səslərini qorumağa müvəffəq olmuş AKP bu seçkiləri də qazanacağı və tək partiya hökuməti quracağı təqdirdə Türkiyənin yeni konstitusiyası və prezident idarəçilik sisteminə keçidi baş verəcək. Məhz bu səbəbdən də Türkiyədə gərgin seçki kompaniyası davam etməkdədir. 

Lozannada müzakirə var, razılaşma yox

Bir neçə gün əvvəl Lozannada İranla “5+1” ölkələrinin əldə etdiyi razılaşmanın geninə boluna şərh edildiyini nəzərə alsaq, əslində bu mövzu üzərində xüsusilə durmağa bəlkə də ehtiyac qalmazdı. Lakin yazılan ve verilən şərhlərin əslində olanlardan daha çox görünənləri təqdim etməsinə yönəlik olması, mövzunun bir daha nəzərdə keçirilməsinə böyük ehtiyac yaratmaqdadır. Lozanna anlaşmasına əsasən İran mövcud nüvə mərkəzlərinin fəaliyyətini davam etdirəcək, sadəcə anlaşmada qeyd olunan müddəalara əsasən 10-15 il ərzində nüvə təsisatları dinc məqsədli nüvə enerjisi istehsal edəcək və ya tədqiqat mərkəzi kimi fəaliyyətini davam etdirəcək. Bunun qarşılığında isə İran mərhələli şəkildə uzun müddətdir ki, məruz qaldığı ağır embarqo və sanksiyalardan azad olacaq. 

Yəməndə Ərəb-İran savaşı

Yaxın Şərqdə baş verən son hadisələrin fonunda mövqelərini kifayət qədər gücləndirməyə müvəffəq olmuş İran, ABŞ-la münasibətlərində son zamanlar müşayət olunan istiləşmə, Əsədin İŞİD faktoru səbəbi ilə arxa plana keçərək öz mövqelərini daha da möhkəmləndirməsi, eləcə də Qərbin başının Rusiyaya qarışdığı bir dönəmdə fürsətdən maksimum yararlanmaq qərarına gəldi. Və müntəzəm olaraq Yəmənin daxilində aktivləşdirilən “Husilər” faktorundan bəhrələnərək ərəblərin içinə doğru irəliləməyə cəhd göstərməkdədir. 

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…

İran Yəməni aldı və ya Yaxın Şərqin yeni savaş meydanı (təhlil)

2015-ci il daxil olandan Yəmən gündəmdən düşmür. Əvvəl Parisdə “Charlie Hebdo” dərgisinə edilən hücumla gündəmə gələn Yəmən, indi daxilində baş verən maraqlı proseslərlə diqqəti öz üzərinə cəmləşdirməkdədir. Əslində Ərəb yarımadasının cənubunda yerləşən Yəmən, 1990-cı ildə tək bir dövlət halında birləşdikdən sonra, bir iç savaş və daxili qarşıdurmalar yaşamaqdadır. Əvvəllər Şimali və Cənubi olmaq üzrə iki hissəyə parçalanmış olan Yəmənə, birləşmək uğur və bütövlük gətirmədi. Şimali, daha sonra isə birləşmiş Yəmənin paytaxtı olan Səna şəhəri, Ədən şəhərinin mərkəz olduğu cənub torpaqları, eləcə də ölkənin şimal və şimali-şərq ərazilərində öz nüfuzunu təsdiq edə bilmədi. Beləliklə də, unitar ölkə olmasına rəğmən Sənada yerləşən Yəmən iqtidarı öz gücü və təsirini ölkənin tamamına qəbul etdirməyə müvəffəq ola bilmədi. 

Parisdə açılan müəmmalı atəş

Əslində Avropanın göbəyində həm Parisdə, həm də Belçikanın Verviers şəhərində açılan atəşlər, qarşıdan gələn bir çox hadisələrə fərqli istiqamət verə biləcək gücdə idilər. Bu gün Avropa küçəsində eşidilən güllə səsləri, sabahın yeni və qaranlıq hadsiələrinin carçılarıdır.  İŞİD Parisdə Avropaya meydan oxudu. Bununla da, Suriyada üç ilə yaxındır ki, davam edən qətliamların bir ucunun əslində onlara da toxuna biləcəyini anlatdı. Zamanında Qərb Suriyada baş verənlərə, Yaxın Şərqdə baş verən bütün hadisələrdə olduğu kimi, ikili yanaşmasaydı bütün bunlar olmazdi. Bu gün Paris, üç il bundan əvvəl Suriya müxalifətinin bütün çağırışlarına rəğmən Əsədə münasibətdə, il yarim bundan əvvəl Türkiyənin çağırışlarına rəğmən İŞİD-ə münasibətdə Qərbin ikili yanaşmasının bədəlini ödəməkdədir. Və bu peşmanlığı Fransanın prezidenti Olland artıq etiraf etdi. Lakin artiq gecdir. "Müsəlmanlar biri-birini qırsınlar, bizə nə", - fəlsəfəsi ilə yanaşarsansa, olacağı budur.  Amma baş verənlərd...