İstanbulun fəthindən sonra Avropada yeni bir xaç yürüşü təşkil etmək fikri gündəmə gəldi. Bu ideyanı reallığa çevirmək məqsədi ilə V Nikol və III Kalikst papalıqları dönəmində səylə xristian birliyi qurmağa çalışsalar da, bir nəticə hasil olmadı. III Kalikst 1458-ci ilin avqust ayında vəfat etdikdən sonra, yerinə tarixdə II Piy adı ilə tanınan Sienanın keçmiş Başyepiskopu Enea Silvio Pikkolomini keçdi. Yeni papa daha çox saray intriqalarını yaxşı anlayan siyasətçi və diplomat imici ilə məşhurlaşmışdı. O, demək olar ki, Avropanın hər yerini qarış-qarış gəzmişdi, yüksək təhsilə və siyasi diplomatik bacarığa malik idi. Lakin bütün bu üstünlüklərinə rəğmən II Piy, Avropanı gündən-günə daha artıq dərəcədə silkələyən Osmanlı sultanını durdura bilmirdi. II Piy diplomatik bacarıqlarını və siyasi əlaqələrini işə salaraq Avropada böyük anti-türk ittifaqı formalaşdırmağa çalışırdı. O, bu hədəfini gerçəkləşdirmək üçün Avropa monarxlarının konqresini çağırmaq niyyətində idi. 1458-ci il ok