Ana içeriğe atla

Kayıtlar

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Nağılıln sonu

Ermənistan silahlı qüvvələri növbəti dəfə genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Hədəf yenə də mülki əhali oldu. Birinci Qarabağ savaşında da belə edirdilər. İnsanlarımızı, silahsız mülki əhalini hədəfə çevirirdilər. Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır. Bütün bunlar göstərir ki Ermənistan üçün beynəlxalq hüququn norma və prinsipləri mövcud deyil. Bir teror dövlətinin edə biləcəyi bundan artıq nə ola bilər ki? Beynəlxalq hüququn bütün prinsip və normalarına arxa çevirən bir ölkədən başqa nə gözləmək olar? Hətta çirkin niyyətlər...

Bir daha informasiya müharibəsi barədə

Bu gün savaşlar yalnız isti təmas xəttində aparılmır. Media texnologiyalarının inkişafı, hazırda başqa müharibə növünü - “informasiya müharibəsini” ən aktual, ən vacib məqam kimi ortaya qoymaqdadır. Çox zaman sosial media alətləri vasitəsi ilə aparılan bu savaş, öz təsir gücü və əhatə dairəsinə görə geniş olur və təsadüfi deyil ki, bu gün artıq informasiya müharibəsi ilə bağlı yeni modellər öyrənilir və tətbiq edilir. Ölkəmizə qarşı da ciddi informasiya müharibəsi aparılır. Bu müharibənin yalnız düşmən ölkə tərəfindən olmasını düşünmək, təbii ki, sadəlövhlük olardı. Azərbaycan hər ciddi gücün hədəfində olacaq qədər vacib, əhəmiyyətli ölkədir: həm geosiyasi mövqeyi, həm da geoiqtisadi durmuna görə. Bura ölkəmizin artan və təsir dairəsini getdikcə genişləndirən siyasi nüfuzunu da əlavə etsək, o zaman mənzərə tam aydın olur. Əsasən düşmən ölkə, eləcə də bölgədə, ölkəmizdə marağı olan dövlətlərin xüsusi xidmət orqanlarının “süzgəcindən” keçmişlərin vasitəsi ilə aparılan bu informasiya müha...
  Əziz dostlar! Bildiyiniz kimi, bugün gecə saatlarından başlayaraq, düşmən cəbhə bölgəsində yen təxribatlara əl ataraq vəziyyəti gərginləşdirib. Şəhidimiz var! Heç şübhəsiz ki, vətənimizin keşiyində duran ordumuz düşmənə layiqli cavabı verib. Və bundan sonra da verəcək! Lakin dəfələrlə qeyd etdiyim kimi, bir daha təkralamağı özümə borc bilirəm ki, müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır. Düşmənlərimiz (və yalnız ermənilər deyil!) müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, ölkəmizdə, vətəndaşlarımız arasındakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa, bir növ test etməyə səy göstərir, bilgi almaq istəyirlər. Bu baxımdan edilən hər paylaşıma diqqət etməliyik. Dəfələrlə qeyd etmişik: İnformasiya müharibəsi yalnız saytların dağıdılması və kiber hücumları deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil ed...

Erməni terrorunun 17 ismi

Erməni terrorizmi hələ 19-cu əsrdən başlayaraq beynəlxalq terrorun tərkib hissəsinə çevrilib. Bununla əlaqədar olaraq 1885-ci ildə ilk erməni terror təşkilatı – “Armenakan” yaradılmış, daha beş il sonra “Hnçaq” və “Daşnaksütyun” bu sıraya qoşulmuşdur. Yaradılan terror təşkilatlarının başlıca məqsədi qədim türk yurdlarının hesabına xəyali “Böyük Ermənistan” qurmaq və bu ərazilərdə yaşayan yerli türklərə qarşı soyqırım həyata keçirmək idi.  Məhz həmin dövrdən başlayaraq ermənilərin terror şəbəkəsi erməni qriqoryan kilsəsinin və Çar Rusiyasının da aktiv dəstəyi ilə şəbəkələşərək Azərbaycan və Türkiyənin Anadolu vilayətlərində yerli türk əhaliyə qarşı müxtəlif səpkidə terror aksiyaları həyata keçirməyə başladırlar. Müəyyən qədər qərbin imperialist qüvvələri tərəfindən dəstəklənən bu qruplaşmalar, Osmanlı ərazilərində ixtişaşlar törədərək birinci dünya müharibəsi illərində sözün həqiqi mənasında türk dövlətini arxadan vurmaqla, imperiyanın zəifləməsi və dağılması üçün ciddi fəaliyyətdə ...

Zaman bir olmaq zamanıdır

Və ya ölkəmizə qarşı aparılan informasiya müharibəsinin konturları barədə 21-ci əsrdə savaşlar yalnız isti təmas xəttində aparılmır. Media texnologiyalarının inkişafı, hazırda başqa müharibə növünü – “informasiya müharibəsini” ən aktual, ən vacib məqam kimi ortaya qoymaqdadır. Çoxu zaman sosial media alətləri vasitəsi ilə aparılan bu savaş, öz təsir gücü və əhatə dairəsinə görə çox geniş olur və təsadüfi deyil ki, bu gün artıq informasiya müharibəsi ilə bağlı yeni modellər öyrənilir və tətbiq edilir. Ölkəmizə qarşı da ciddi informasiya müharibəsi aparılır. Bu müharibənin yalnız düşmən ölkə tərəfindən olmasını düşünmək, təbii ki, sadəlövhlük olardı. Azərbaycan hər ciddi gücün hədəfində olacaq qədər vacib, əhəmiyyətli ölkədir: həm geosiyasi mövqeyi, həm da geoiqtisadi durmuna görə. Bura ölkəmizin artan və təsir dairəsini getdikcə genişləndirən siyasi nüfuzunu da əlavə edərsək, o zaman mənzərə tam aydın olur. 

Kissencer əslində nə demək istədi...

Henri Kissencerin məlum son açıqlamasına, heç şübhəsiz ki bir çoxları münasibət bildirəcək. Bu fikiləri, nə zamansa ABŞ diplomatiyasının təməl daşlarından biri olan yaşlı və təcrübəli, ən əsası da məlumatlı birisinin öngörüləri və ya hazırlanmış ssenarinin bəzi detallarını ortaya qoymaqla, gələcəkdə baş verənlərə dünya ictimaiyyətini hazırlamaq istəyi kimi qəbul edənlərdən tutmuş, sadəcə yaşlı birisinin öz arzularını gerçəklik kimi təqdim etməyə cəhd göstərməsinə qədər müxtəlif yanaşmalara şahid ola biləcəyik. Lakin istənilən halda deyilənlərə diqqət etmək gərəkir. Ən azından ona görə ki, bu tezislər, post-pandemiya dönəmində Yaxın Şərqdə nələrin baş verəcəyi ilə bağlı ciddi ipucları verməkdədir.

Sevr və Lozandan başlanan erməni yalanı

Amerika Birləşmiş Ştatları senatının qondarma erməni soyqırımınının tanınması ilə bağlı qətnaməni qəbul etməsi, bunun fonunda tez-tez Türkiyəyə qarşı yeni iqtisadi və hətta siyasi sanksiyaların qəbul edilməsi ilə bağlı təhdidlərin dilə gətirilməsi gələn ilin qardaş ölkə üçün o qədər də sakit keçməyəciyinin ilkin işartılarıdır. Ümumiyyətlə təkcə 2020-ci il deyil, yaxın 4-5 il Türkiyə üçün böyük sınaq müddəti olacaq, - desək, yanılmarıq. Və burada ən vacib, önəmli tərəfin Amerika olacağı da artıq məlum məsələdir. Bunun isə Lozandan, hətta Sevrdən başlanan bir əsrlik uzun bir yolu var.  Amma bu məsələni aydınlaşdırmadan əvvəl məhz adlarını yuxarıda qeyd etdiyimiz şəhərlərin isimləri ilə tarixə keçən və nəticə etibarı ilə bugünki Türkiyə Cümhuriyyətinin elanı ilə nəticələnən Sevr və Lozan müqavilələri ilə bağlı məsələlərə retrospektiv-təhlili baxış sərgiləmək lazımdır.  Ümumiyyətlə, diqqət etmisinizsə, 1923-cü ildə imzalanmış Lozan anlaşması ətrafında son illərdə ciddi...

YEMƏN TÜRKÜSÜ - ATATÜRKÜ AĞLADAN TÜRKÜ

Üsyan xəbəri gəldiyində övladlarını, bəylərini, qardaşlarını yola salan Anadolu qadınları ürəkləri sızladan ahı deməyə başlardılar. Əsgər qışlalarının önündə bığ yeri yenicə tərləmiş mehmetciklər toplanaraq adlarına Rədif Alayları deyilən cərgələr şəklində düzlənərdilər. Hərəkət tütəyi çalındğında, qopardı fəryadlar, düşərdi ahılar dillərə. Bir daha qovuşmamaq üzərə yola çıxırdılar. İstiqamətləri – Yemən çölləri idi...

Türkiyədə seçkilər: verilən mesajlar və nəticə

Türkiyədə eyni gündə keçirilən prezident və parlament seçkiləri heç şübhəsiz ki, dünyanın başlıca gündəmi oldu. İstər seçkilərin nəticələri, istərsə də bu nəticələrin Türkiyəyə, eləcə də regiona təsirləri, hazırda ən çox üzərində müzakirələr açılan mövzulardır. Bir çox ilklərlə Türkiyə siyasi tarixinə keçən bu seçki əslində ciddi məqamları, nəticələri isə ciddi mesajları ilə yadda qalacaq. 

NOVRUZ - TÜRKÜN «YENİ GÜN» BAYRAMI

Bahar bayramı insanlığın qeyd etdiyi ən qədim bayramladan biri, hətta birincisi sayıla bilər. Bəlkə də ona görədir ki, bir çox xalqlar bu bayramı «özünküləşdirməyə» çalışır, müxtəlif rəvayət və bağlarla onu özlərinə calamağa səy göstərirlər. E.Əlibəyzadə qeyd edir ki, qədim şumer eposu «Bilqamıs» dastanında bahar bayramımız «yeni il», «yeni gün», «yazın ilk günü», «bahar bayramı» kimi adlandırılır, bolluq, bərəkət rəmzi kimi xatırlanır. Çin qaynaqlarından Kutaqdu Biliyə, Kaşqarlı Mahmuddan Biruniyə, Nizamül Mülkün Siyasətnaməsindən Məlikşahın təqviminə qədər, Ağqoyunlu Uzun Həsənin qanunlarınadək dava edən çoxəsrlik bir silsilə boyu Novruz ilə bağlı qeydlərə rast gəlmək olar. Digər tərəftən Sivas hökmdarı Qazi Bürhanəddin Əhməd, Osmanlılarda Sultan I Əhməd və Sultan IV Murad, Səfəvi İmperiyasının qurucusu Şah İsmayıl kimi türk hökmdarlarının, din adamlarından Baki Əfəndi və şeyxülislam Yəhya Əfəndinin, şairlərimizdən Pir Sultan Abdal, Füzuli, Şəhriyar və Məhdumqulunun uzun bir tar...

Afrin uğrunda rəqabət?

“Zeytun budağı” əməliyyatının Türkiyə tərəfindən uğurla davam etdiyi və hər keçən gün məhv edilmiş terrorçuların sayının artdığı bir zamanda Afrin ətrafında yeni spekulyasiyalar beynəlxalq media vasitəsi ilə ortaya atıldı. Əsəd rejiminə bağlı rəsmi qüvvələrin Afrinə daxil olacağı və bununla bağlı YPG/PYD terror qruplaşmaları ilə razılıq əldə edilməsi ilə bağlı xəbərlər bir sıra aparıcı media konqlomeratlarının baş xəbərinə çevrildi. Hətta Reuters belə, sanki Suriyada yeni bir dönəmin başlanacağının anonsu kimi təqdim etdi, ictimaiyyətə sızdırılan bu xəbəri. 

Afrin əməliiyatı: səbəblər və mümkün nəticələr

Daha əvvəllərdə qeyd etdiyimiz kimi, Afrin əməliyyatı ciddi strateji əhəmiyyətə malikdir, ABŞ-ın bütün təzyiqlərinə rəğmən keçiriləcəyinə əminliyimizi bildirmişdik. Ümumiyyətlə hazırda yaşananlar, Türkiyənin bölgədəki mövqeyini olduqca gücləndirəcək. Afrinin nəzarətə götürülməsi Türkiyənin təhlükəsizliyi baxımından olduqca önəmlidir və PKK, YPG və PYD terror təşkilatlarına ciddi sarsıdıcı zərbə olacaq. 

İranda “ərəb baharı”?

İranda baş verən son etiraz aksiyaları ilə bağlı müxtəlif fikir və rəylər səsləndirilməkdədir. Görünən odur ki, 10 gündən artıqdır ki, davam edən proseslər heç də göründüyü qədər sadə deyil və olanlar iqtisadi narazılığın fonunda həm daxili, həm də xarici faktorlarla pərçimlənmiş ciddi siyasi hesablaşmanın konturlarını ortaya qoymaqdadır.  İlk nöbədə vurğulamalıyıq ki, baş verənərin birmənalı şəkildə yalnız xarici amillərlə əlaqələndirilməsini doğru hesab etmirik və burada daxili faktorlar da son dərəcə ciddi əhəmiyyət daşımaqdadır. 

Unudulmayan hədəf - Atatürk!

NATO-nun Norveçdəki hərbi təlimlərində əsgərlərin atış hədəfi kimi Atatürk və Erdoğanın şəkilləri yerləşdirildiyinə görə Türkiyəli 41 hərbçi təlimdən geri çağrılıb.  Ciddi məqamdır. Bununla bağlı müxtəlif şərhlər var. Mən məsələyə daha fərqli bucaqdan münasibət bildirmək istərdim...

Səudlarda “update”

Əslində Səudiyyə Ərəbistanında baş verən prosesləri bir daxili “yenilənmə” kimi də qəbul etmək olar. Səudlar bu yenilənməyə getməyə məcbur idilər, çünki bölgədə baş verənlər sadəcə fərqli çıxış yolu qoymurdu. Dəyişikliyin əsası isə hələ iyun ayında qoyulmuşdu. Həmin zaman Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl-Səud şahzadə Məhəmməd bin Naifi vəliəhdlikdən uzaqlaşdırdı və yerinə 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin etdi.  Diqqətli oxucularımız xatırlayırsa, elə o zaman da birmənalı şəkildə vurğulamışdıq ki, vəliəhdin dəyişməsi Səudiyyə Ərəbistanının regionda baş verən proseslərə daha çevik və hətta sərt münasibət göstərəcəyinin əlaməti kimi qiymətləndirilə bilər. 

Myanmarda yaşananlar: geosiyasi rəqabətdə irqçi maşalar

İstər Myanmarda (biz həm də Birma adı ilə tanıyırıq) olsun, istərsə də müsəlmanların kompakt yaşadığı  dünyanın  hər hansı bir nöqtəsində, əgər geosiyasi və geoiqtisadi maraqlar toqquşursa o zaman yaşananların dəhşətindən və qətliamların miqyasından asılı olmayaraq münasibət təbii ki, kifayət qədər soyuq və ikitərəfli olur. Yüzillərdir münaqişəsi bitməyən Yaxın Şərq buna əyani sübutdur. Bu səbəbdən hazırda Myanmarda baş verənləri biz, sadəcə olaraq həmin əraziləri nəzarət altında saxlamaq istəyən güclərin toqquşması kimi qiymətləndirə bilərik. Faciəli haldır ki, bu toqquşma Arakan müsəlmanlarının kütləvi şəkildə qətliamı ilə müşahidə edilməkdədir. Halbuki bölgədə yaşananlar yeni deyil və bunun təməli 20-ci əsrin 40-cı illərinə dayanır. 

Afrikada türk-ərəb rəqabəti

Türkiyənin Somalidə hərbi baza açacağı ilə bağlı yayılan xəbər ilk növbədə özü ilə bir sıra suallar da doğurdu. Bilindiyi kimi, qardaş ölkədə ən yüksək səviyyələrdə dəfələrlə “Afrika açılımı”nda maraqlı olduqları dilə gətirilmişdi. Lakin Türkiyənin nəzərlərini niyə dayaq nöqtə olaraq məhz Somaliyə tərəf çevirməsinin səbəbləri maraq doğurmaqdadır.  İlk öncə onu vurğulamaq gərəkir ki, Somali Türkiyənin 2011-ci ildən etibarən Afrika açılışında önəmli nöqtədir. Hərbi baza Somali ilə bağlanmış “Müdafiə Sənayesi İşbirliyi razılaşması” çərçivəsində açılır və bu bazanın 2015-ci ilin mart ayından başlanan inşası üçün 50 milyon dollardan artıq pul xərcləndi. Ümuiyyətlə son beş ildə Somaliyə edilən yardımların həcmi 370 milyon civarındadır. Razılaşmaya əsasən, 200-ə qədər türk əsgərinin 10 minlik bir ordu hazırlaması planlaşdırılır.